Mojo.az Banner
19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |     18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |     16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda xarici valyutalara maraq səviyyəsi: Dollar yenə zirvədədir

28.12.2020 17:51 2 754
Azərbaycanda xarici valyutalara maraq səviyyəsi: Dollar yenə zirvədədir
2020-ci ilin yanvar-noyabr aylarının sonuna olan xarici valyutada nağd mübadilə əməliyyatlarının həcmi açıqlanıb.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, göstəricilərdə ABŞ dolları, ingilis funt sterlinqi, avro və rus rublu üzrə mübadilə əməliyyatlarının həcmi təqdim edilib.

Belə ki, 2020-ci ilin 11 ayı ərzində banklar tərəfindən 1 milyard 44,7 milyon ABŞ dollarının alışı həyata keçirilib. 3 milyard 145,5 milyon ABŞ dollarının isə satışı təmin edilib. 2019-cu ilin cari dövrünə nisbətən banklar tərəfindən dolların alışı 37,1 faiz azalıb, satışı isə 35,1 faiz çox olub.

Bu dövr ərzində 10 milyon 352,9 min dəyərdə ingilis funt sterlinqinin alışı həyata keçirilib. Eləcə də, banklar tərəfindən 18 milyon 358,9 min funt sterlinqi həcmində satış baş tutub. Cari valyuta vahidi üzrə alış ötən ilə nisbətən 20,1 faiz çox olub, satış isə 30,2 faiz azalıb.

Yanvar-noyabr ayları ərzində banklar tərəfindən 70 milyon 633,1 min avro həcmində alış baş tutub. Bu dövr ərzində 219 milyon 484,3 min dəyərdə avro satışı təmin edilib. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə avronun alışı 64,9 faiz və ya 2,8 dəfə azalıb, cari valyuta üzrə satış həcmi də 58,6 faiz və ya 2,4 dəfə azalıb.

İlin əvvəlindən noyabr ayının sonuna olan göstəriciyə əsasən, 12 milyard 665,1 milyon Rusiya rublunun alışı həyata keçirilib. Cari dövrdə 2 milyard 506,2 milyon rus rublunun satışı banklar tərəfindən təmin edilib. Rus rublunun alışı ötən ilə nisbətən 8,6 faiz azalıb. Həmçinin, rublun satışı da 2019-cu ilin 11 ayı ilə müqayisədə 23,3 faiz az olub.скачать dle 11.3
Mojo.az Banner