Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:10 Qubada avtomobil dərəyə aşdı | 19:03 Kambocada avtobus gölə düşdü- Beş məktəbli öldü | 18:57 Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu | 18:48 Paşinyan Parisdə Makronla görüşüb | 18:28 Heydər Əliyev Fondu COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur - Foto | 18:19 Azərbaycanda ət ucuzlaşa, bəzi məhsullar isə bahalaşa bilər | 18:02 Bu dərmanlar görmə itkisinə səbəb ola bilər | 17:54 Bərdədə 40 yaşlı kişi evində ölü tapıldı | 17:47 Azərbaycanla oyundan əvvəl Lixtenşteyn millisinin kapitanı sıradan çıxdı | 17:36 Etibarnamə ilə maşın aldı, amma sürə bilmədi: Oğurluq iddiası - VİDEO | 17:21 Rafael Fiziyevin UFC-də növbəti rəqibi bəlli olur | 17:13 2027-ci ildə inflyasiya əhalinin alıcılıq qabiliyyətini azalda bilər – İQTİSADÇIDAN AÇIQLAMA | 16:51 Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir | 16:47 Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ | 16:25 Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi | 16:22 Bakıda qaraj tapmaq da bahalaşır: Qiymətlər niyə artır? | 16:19 Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur | 15:02 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq | 14:39 İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi | 14:34 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı |
Mojo.az Avto
Mojo.az Avto

Dağlıq Qarabağın azərbaycanlı icması: “Prezident İlham Əliyevə Milli Qəhrəman adı verilsin”

24.12.2020 14:08 3 276
Dağlıq Qarabağın azərbaycanlı icması: “Prezident İlham Əliyevə Milli Qəhrəman adı verilsin”
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının idarə heyəti Azərbaycan Prezidenti İlham Əliyevə Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi təklifi ilə çıxış edib.

İdarə heyətinin üzvləri bununla bağlı məktub ünvanlayıblar.

Məktubda deyilir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi illər ərzində xalqımızın rifahı naminə və vətənimizin tərəqqisi üçün yorulmadan çalışıb. Onun rəhbərliyi altında ölkəmiz nəinki regionda, eləcə də qlobal səviyyədə böyük nüfuza malik dövlətlər sırasına daxil olub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə nəticələnmiş şanlı qələbəmizin əldə edilməsindəki roluna və vətənimizin tərəqqisi naminə misilsiz xidmətlərinə görə möhtərəm Prezident cənab İlham Əliyevə Azərbaycanın Milli Qəhrəmanı adının verilməsini arzu edirik.
Xalq-Prezident-Ordu birliyindən irəli gələn dövlətimizin gücünə 44 günlük Vətən müharibəsi dövründə bütün dünya şahid oldu.

Bu dönəm ərzində Prezident cənab İlham Əliyev qalib ordunun müzəffər Ali Baş Komandanı kimi döyüş meydanında uğurlu hərbi əməliyyata rəhbərlik etdi, mahir diplomat kimi Azərbaycan xalqının haqlı mövqeyini beynəlxalq təzyiqlərə rəğmən uğurla müdafiə etdi və informasiya müharibəsində yorulmadan mübarizə aparıb düşmənlərimizin qarayaxma kampaniyalarını qətiyyətlə ifşa etdi.

Azərbaycan tarixinə adı qızıl hərflərlə yazılmış müzəffər Ali Baş Komandan xalqın qəlbində artıq Azərbaycanın Milli Qəhrəmanına çevrilib. Bu adın cənab Prezidentə rəsmi şəkildə təqdim edilməsini ürəkdən arzu edirik”.

Son xəbərlər