Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:23 İctimai nəqliyyatda güzəştlər genişləndirilə bilərmi? – Deputatdan AÇIQLAMA | 13:13 Deputatların partiyalarına 6 milyon vəsait ayrılacaq | 13:12 Tibbi turizmin vəziyyəti araşdırılacaq | 13:10 Azərbaycan neftin fiskal qiymətini 20 dollar azalda bilər | 13:07 Qadınlar kişilərə pul kisəsi kimi baxmamalıdırlar – Psixoloq | 13:00 Bakıda 74 yaşlı qadının əməlləri: Torpağı qanunsuz zəbt etdi, müşahidə kamerasını sındırıb evi yardı | 12:59 Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi | 12:55 Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir | 12:54 Məşhur reper Timati Ukraynanın qara siyahısında | 12:18 Bakıda ticarət mərkəzinin qarşısında qəza: 80 yaşlı kişi öldü | 12:11 İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü | 12:11 Azərbaycan nefti ucuzlaşıb | 12:09 Astarada evdə dava: Gəlin qayınanasını döydü | 12:03 Bakıda nasosxanaya görə yol bağlanacaq - Foto | 12:00 UEFA Çempionlar Liqası: Bu gecə "Fənərbağça" və "Sabah" meydana çıxır | 11:56 Polşa prezidentinə qarşı cinayət işi başladıldı | 11:50 Ev almaq istəyənlərin nəzərinə: Bahalaşma var | 11:45 Azərbaycanda molla arvadını qətlə yetirdi: Amansızlıqla törədilən cinayətin pərdəarxası | 11:41 İşləyən analara verilən müavinət üç dəfəyə yaxın artırılır | 11:34 Bəzi şəxslərə yeni mənzillər veriləcək |
Mojo.az Avto
Mojo.az Avto

Mütəxəssis: "Danışanda maskanı çıxarmaq virusun yayılmasına rəvac verir"

12.12.2020 21:19 3 321
Mütəxəssis:
"Dəfələrlə deyildiyinə baxmayaraq, bəzi insanlar maskadan düzgün istifadə etmir: maskanı çənənin üstündə gəzdirir, vaxtlı-vaxtında dəyişmir, günlərlə eyni maskadan istifadə edirlər, çirklənmiş maskaları hara gəldi atırlar və bəzi hallarda qarşısındakı insan ilə danışdıqda maskanı çıxarırlar. Bununla da virusun yayılmasına rəvac verirlər".

Median.Az
e-tibb.az-a istinadən bildirir ki, bunu Mərkəzi Gömrük Hospitalının Xəstə xidmətləri şöbəsinin rəisi Gülşən İmanova deyib.

Həkim bildirib ki, koronavirus əleyhinə hazırlanan vaksinlərin əhali arasında tətbiqinə hələ başlanılmadığı üçün bütün dünyada yoluxmaların sayında sürətli artım müşahidə olunur: "Hər şeydən əvvəl, insanlar pandemiyanın geniş yayılmasının qarşısını almaq üçün həm açıq, həm də qapalı məkanlarda maskalardan istifadə etməlidir".

Onun sözlərinə görə, infeksiyanın yayılma səbəblərindən biri də insanlar arasında virusa inanmamaq kimi düşüncənin, virusun onlara keçməyəcəyi ilə bağlı arxayınlaşmanın yaranmasıdır: "Onlar karantin rejiminin, bəzi məhdudiyyət tədbirlərinin yumşaldılmasından sonra virusla mübarizə qaydalarına əməl etmək, infeksiyadan qorunmaq istəmirlər. Çox təəssüf ki, bir sıra obyektlərdə insanlar maskadan yalnız cəriməyə düşməmək üçün istifadə edirlər.

Payız aylarında yenidən artmağa başlayan koronavirus hadisələrinin sayı yeni antirekord rəqəmlərə çatıb. Buna səbəb respirator xəstəliklərin məhz bu aylarda artmasıdır. Risk kateqoriyasına daxil olan insanlar: yaşlılar, yanaşı xəstəlikləri olan insanlar özlərini daha çox qorumalıdır. Zərurət olmadıqda evdən çıxmamalıdırlar.

Son vaxtlar tez-tez eşitdiyimiz xəbərlərdən biri də odur ki, koronavirus xəstələri evdə müalicə alarkən təcrid olunmaqdansa, həyətə, küçəyə, marketə çıxır və ətrafdakı insanları yoluxdururlar. Hətta, işə gedən belə xəstələr haqqında da faktlar vardır. Bu yolverilməzdir! Düzdür, onlar inzibati qaydada cəzalandırılır, lakin başqalarına verdikləri zərər ölçüyə gəlmir, heç bir çərçivəyə sığmır".

G. İmanova bildirib ki, xəstəliyin yayılma səbəblərindən biri də ara məsafənin saxlanmamasıdır: "İctimai nəqliyyatdakı vəziyyət də göz qabağındadır. Maskalardan düzgün istifadə olunmur, ara məsafə gözlənilmir, tutacaqlardan istifadədən sonra əllər spirtlə təmizlənmir. Əhali arasında maarifləndirmə işləri aparılsa da, yığıncaqlar təşkil edilir, təbii ki, belə məclislərdə insanlar bir-biri ilə yaxın təmasda, ünsiyyətdə olur və nə maska, nə əl yumaq, nə də ara məsafə yada düşür. Mütəxəssislər hələ pandemiyanın müəyyən müddət davam edəcəyini vurğulayırlar. Koronavirusa qarşı vaksinlərin kütləvi tətbiqinə qədər hər bir şəxs tələb edilən qaydalara ciddi şəkildə riayət etməli və unutmamalıdır ki, əsas məsələ insanların sağlamlığıdır, onların həyatıdır".

Son xəbərlər