İtaliya klubları Maradonaya görə meydana qara sarğı ilə çıxacaqlar » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |     13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |     12:08 Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu  |     12:06 Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı  |     12:03 Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - DOSYE (FOTO)  |    

İtaliya klubları Maradonaya görə meydana qara sarğı ilə çıxacaqlar

İtaliya A Seriyasının noyabrın 25-də vəfat etmiş Argentina millisinin sabiq kapitanı Dieqo Maradona ilə necə vidalaşacağı açıqlanıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, IX turun bütün oyunlarından öncə komandaların isinmə hərəkəti zamanı stadionlardakı monitorlarda əfsanəvi hücumçunun UEFA Kubokunun 1988/1989 mövsümündə "Napoli"nin heyətində Almaniya "Bavariya"na qarşı matçdakı (2:2) driblinqlərindən hazırlanmış video nümayiş etdiriləcək.

Start fitindən əvvəl futbolçular meydanın mərkəz dairəsində toplaşacaqlar və Maradonanın xatirəsi 1 dəqiqəlik sükutla yad olunacaq. Həm sükut zamanı, həm də hər oyunun 10-cu dəqiqəsində ulduz futbolçunun fotosu monitorlarda göstəriləcək.

Qeyd edək ki, Dieqo Maradona 60 yaşında ürəktutmasından vəfat edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            618 27.11.20 20:24