Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:26 Gəncədə evdə yanğın: İki nəfər zəhərləndi | 14:21 Məleykə Abbaszadə rektor köməkçisini işdən azad etdi | 14:19 Saatlıda avtomobil yanıb kül oldu - Anbaan video | 14:08 Masallıda ustanı işlədiyi evdə elektrik cərəyanı vurdu: Yolda öldü | 14:06 Xaçmazda 15 yaşlı məktəbli qızın meyiti tapıldı | 14:03 Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib | 13:54 Şəmkirdə iki azyaşlı uşaq anasının abort zamanı ölməsinin təfərrüatı | 13:46 Sabah hava necə olacaq? - 22.11.2026 | 13:40 Depressiyanın müalicəsində müsbət nəticə: İdman yaddaş və diqqətə kömək edə bilər | 13:37 Putinin tərcüməçisinin natiqlik bacarığının sirri açıqlandı | 13:30 Hikmət Hacıyev vyetnamlı müğənninin "Ey Vətən" ifasını paylaşdı - Video | 13:22 Bakı-Şamaxı-Yevlax yolunda təhlükəli vəziyyət: Qəza riski yaranıb | 13:19 Uşağına aliment ödəməyən qadın cəzalandırıldı | 13:11 Peruda güclü zəlzələ oldu | 13:03 Maşın almaq üçün kredit götürdü, pulu köhnə tanışı oğurladı | 22:54 Zirədə evlərdən oğurluq edən yeznə-qayın 5,5 il həbs edildi | 22:44 "Şərur İnşaat"ın binasında lift problemi: Pul verməyən sakinlər liftə buraxılmır | 22:38 Dünyanın ən dadlı pendiri seçildi - Birinci yeri Fransa məhsulu tutdu | 22:32 Taksi sürücüsü olmaq istəyənlərin nəzərinə! | 22:27 Bakıda asfalt sərnişinlərin üstünə tökülür |
Mojo.az Avto
Mojo.az Avto

Şəhid ərini çiyinlərində daşıyan qadın - VİDEOREPORTAJ

20.11.2020 14:08 3 522
Şəhid ərini çiyinlərində daşıyan qadın - VİDEOREPORTAJ
Şəhid ərinin tabutunu çiyinlərində daşıyaraq nəşini torpağa tapşırmağa aparan qadın...

Hər kəs onu belə tanıdı. Kim olduğunu bilmədən bütün Azərbaycan onu sevdi, dəstəklədi, qürur duydu.

Və bu müsahibədə məlum oldu ki, xanımının çiyinlərində daşıdığı o şəhid Qubadlı şəhərinin işğaldan azad edilməsi uğrunda ön cəbhədə döyüşən və azad Qubadlıya ilk Azərbaycan bayrağını sancan Röyal Cəfərovdur.

Hamımızın Müdafiə Nazirliyinin yayımladığı videoda gördüyü, erməni bayrağını binanın üstündən təpikləyib yerə atan və orada Azərbaycan bayrağını dalğalandıran igid – döyüşçü Röyal Cəfərov!

“Qafqazinfo”nun əməkdaşları şəhid Röyal Cəfərovun Gəncə şəhərinin Sevinc qəsəbəsində yaşayan ailəsi ilə görüşərək qəhrəmanımızın xatirəsini əbədiləşdirmək üçün onlarla söhbətləşib.

R.Cəfərovun həyat yoldaşı Firuzə Cəfərova deyir ki, ərinin tabutu altına girərkən heç bir şey düşünməyib:

“Bu mənim son borcum idi, Röyalın qarşısında son vəzifəmi yerinə yetirdim”.

Atası Vaqif Cəfərov isə oğlu ilə danışarkən ona əsir düşməkdənsə, şəhid olmağı tapşırdığını deyib.

Röyaldan ailəsinə və Vətəninə yadigar 4 yaşlı Yağmur və 4 aylıq Rüzgar qalıb. Oğluna bu adı özü versə də, onu cəmi bir ay görə bilib.

Son arzusu da bu olub: ailəsini bir də görüb, sonra şəhid olmaq...

Son xəbərlər