Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Polşada yaşayan şəhid övladı Şuşada atasının ruhunu yad edib

18.08.2021 21:48 885
Polşada yaşayan şəhid övladı Şuşada atasının ruhunu yad edib
Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə avqusun 17-də Şuşanı ziyarət edən diaspor nümayəndələri arasında Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı, şəhid Ramiz Cəfərovun qızı, hazırda Polşada təhsil alan Nigar Cəfərova da olub.


Ramiz Cəfərov özü də xaricdə, 1974-cü ildə Ukraynanın Donetsk vilayətinin Makeevka şəhərində dünyaya göz açmışdı. Orta məktəbi isə Sumqayıtda bitirərək, daha sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və 1992-1996-cı illərdə V.F.Marqelov adına "Suvorov" ordenli Ryazan Qvardiya Ali Hava-Desant Komandanlığı Məktəbində ali hərbi təhsil alıb.

40 gün ərzində bir sıra yaşayış məntəqələrinin, həmçinin əlverişli mövqelərin və strateji nöqtələrin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşan Ramiz Cəfərov noyabrın 6-da Şuşa istiqamətində şəhid olub.

Ramiz Cəfərovun Rəbiqə, Nigar, Nərgiz, Nurlana adında dörd qızı və Nurlan adında oğlu yadigar qalıb. Atasının azadlığı uğrunda şəhid olduğu torpaqları ziyarət etmək Nigarın ən böyük arzusu olub.

Məhz Diasporla İş üzrə Dövlət Komitəsi şəhid övladının bu arzusunu gerçəkləşdirdi. O, Şuşada - Cıdır düzündə Azərbaycan bayrağına sarılaraq, əlində atasının portreti ilə şəhid Ramiz Cəfərovun və bütün şəhidlərimizin xatirəsini anıb.

Qeyd edək ki, xaricdə yaşayan azərbaycanlıların erməni millətçiləri tərəfindən Qarabağda törədilən vəhşilikləri gözləri ilə görməsi və yaşadıqları ölkələrin cəmiyyətinə çatdırması məqsədi ilə Diasporla İş üzrə Dövlət Komitəsi Bakıda olan diaspor nümayəndələrinin ikinci qrupunun işğaldan azad olunmuş Şuşa şəhərinə səfərini təşkil edib.

Son xəbərlər