Ermənilər Azərbaycanı müdafiə edən niderlandlı deputatı təhdid edirlər » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |     18:47 Sumqayıt sakini itkin düşüb  |     18:29 Nadirin səhhətində problem yarandı - AÇIQLAMA  |     18:14 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     17:52 Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib  |     17:38 Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”  |     17:26 Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib  |    

Ermənilər Azərbaycanı müdafiə edən niderlandlı deputatı təhdid edirlər

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə Niderland və Belçika Krallıqlarında yaşayan soydaşlarımız Qarabağda tarixi qələbəmiz və bundan sonra Azərbaycan diasporunun qarşısında duran vəzifələrlə bağlı virtual görüş təşkil edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 30 ilə yaxındır davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın şanlı qələbəsi ilə başa çatması münasibətilə iştirakçıları təbrik edib və qeyd edib ki, rəşadətli ordumuzun şücaəti, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə əldə olunmuş bu möhtəşəm qələbə bundan sonra dünya azərbaycanlılarının qarşısında Azərbaycanın milli maraq və mənafeyinin müdafiəsi üçün yeni vəzifələr qoyur.

“Azərbaycan diasporunun əvvəllər əsas vəzifələrindən biri ölkəmizin haqq səsini dünyaya çatdırmaq idisə, artıq hədəflərimiz və fəaliyyət istiqamətimiz dəyişir.

Bundan sonra Qarabağın zəngin mədəni irsinin dünyada təbliği, turizmin inkişafına yeni töhfə vermək fəaliyyətimizin prioritetini təşkil edəcək. Biz xarici ölkələrin KİV-lərini daha geniş məlumatlandırmalı, dövlətimizə dəstək olmalıyıq. Bu baxımdan, bizim görüşlərimiz daha intensiv olacaq”.

Görüşdə çıxış edən Niderland Parlamentinin deputatı Tunahan Kuzu da bu tarixi qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib.

Deputat diqqətə çatdırıb ki, Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyi üçün ermənilər onu təhdid etməyə başlayıblar:

“Lakin mən öz mövqeyimdən əl çəkməyəcəyəm. Bütün beynəlxaq ictimaiyyətin bildiyi kimi Qarabağ Azərbaycandır, bu gün Azərbaycan bayrağının Şuşa şəhərində və Ermənistanın işğalından azad edilmiş digər torpaqlarında dalğalandırılması qürurvericidir”.

Maisə Ağamirzəyeva, Aynur Məmmədova, Vüqar Abbasov, İlhan Aşkın, Ayhan Dəmirçi, Səbuhi Məmmədov, Firəngiz Bağırova, Elsevər Məmmədov və qələbə sevincini bölüşən digər soydaşlarımız bundan sonra da Azərbaycan dövlətinin yanında olduqlarını və milli maraqlarımızın müdafiəsi üçün yumruq kimi birləşəcəklərini bəyan ediblər.

37 soydaşımızın iştirak etdiyi görüşdə qələbənin qarşımızda qoyduğu yeni vəzifələrlə bağlı fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            570 13.11.20 11:59