“Vamko” tayfunu can almağa davam edir, on minlərlə ev su altında qalıb - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda


“Vamko” tayfunu can almağa davam edir, on minlərlə ev su altında qalıb - FOTO
Flippinin paytaxtı Manilanın da olduğu Luzon adasında baş verən “Vamko” qasırğası nəticəsində az 26 nəfər ölüb.

“Reuters” bu barədə yerli polisə istinadla məlumat yayıb.

Agentliyin məlumatına görə, son bir neçə gündə azı 14 nəfər itkin düşüb, 25 nəfər yaralanıb, on minlərlə ev su altında qalıb.

Müvafiq xidmətlər lazımi axtarış və xilasetmə tədbirlərini həyata keçirirlər.

Bundan əvvəl “CNN Philippines” telekanalı altı nəfərin öldüyünü bildirmişdi.

Qeyd edək ki, “Vamko” bu il Filippin adalarını vuran 21-ci tayfundur.
















скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          165 13.11.20 11:03