Mədət Quliyev İran səfirini qəbul edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |     13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |     12:08 Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu  |     12:06 Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı  |    

Mədət Quliyev İran səfirini qəbul edib

Müdafiə Sənayesi naziri Mədət Quliyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvini qəbul edib.

Müdafiə Sənayesi Nazirliyindən verilən məlumata görə, Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edən nazir iki dövlət arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafından danışıb.

Nazir sentyabrın 27-dən başlayaraq Ermənistanın silahlı qüvvələri tərəfindən Tərtər, Ağdam, Mingəçevir, Ağcabədi, Beyləqan, Gəncə, Bərdə şəhərlərinin, bir sıra kənd və qəsəbələrin, yaşayış məntəqələrinin ağır artilleriya və raket qurğularından atəşə tutulması nəticəsində mülki əhalimizə qarşı insanlıq əleyhinə cinayətlərin törədilməsini, o cümlədən 4, 11 və 17 oktyabrda Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin, 27, 28 oktyabrda Bərdə şəhərinin raket zərbələrinə məruz qalmasını qeyd edib və bildirib ki, ümumilikdə 91 nəfər dinc sakin həlak olub, 400 vətəndaşımız yaralanıb, minlərlə yaşayış evinə və mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.

M.Quliyev səfirin diqqətinə çatdırıb ki, Ermənistanın hücumlarının qarşısı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınmaqdadır. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, onlarla kənd, qəsəbə və yaşayış məntəqələri işğaldan azad edilib, qədim Xudafərin körpüsünə Azərbaycan bayrağı sancılıb.

Nazir İran dövlətini və xalqını Zəngilan rayonunun Ağbənd qəsəbəsi və Ağbənd sərhəd zastavasının işğaldan azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi münasibətilə təbrik edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Seyid Abbas Musəvi diplomatik fəaliyyəti dövründə Azərbaycan və İran arasında əlaqələrin inkişafı naminə səylərini əsirgəməcəyini bildirib.

Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            594 30.10.20 20:30