Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:21 Nərə və qızılbalıq istehsalçılarına şad xəbər: Subsidiya veriləcək | 12:20 Pensiyalar 45 manat artacaq: 2027-ci il üçün proqnoz | 12:10 Azərbaycanda hava şəraiti ilə bağlı daha bir qurumdan xəbərdarlıq | 12:08 İrəvanda Güclü Ermənistan Partiyasının lideri Samvel Karapetyan yenidən həbs edildi | 12:04 Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq | 12:03 Polad Həşimovun anasının son vəziyyəti açıqlandı | 12:03 İlham Əliyev: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək" | 12:02 Prezident: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" | 12:01 İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb | 11:59 Oğlu öldürülən qadın gəlinini bağışladı, cəzası azaldıldı | 11:59 Yaponiyada mobil rabitə böhranı: Zəng və SMS xidmətləri dayandı | 11:57 Azərbaycan nefti xeyli ucuzlaşdı | 11:56 İlon Mask bir gündə 30 milyard dollar itirdi | 11:55 Fransada banka kiberhücum: 118 milyon avrodan çox vəsait oğurlandı | 11:53 Azərbaycanda evli direktor müavini sevgilisi tərəfindən şantaj edildi - Təfərrüat | 11:49 Azərbaycanda çips vergiyə cəlb olunacaq | 11:45 Azərbaycanda bəzi mənzillər vergidən azad edilir | 23:01 Alimlər milyonlarla insanın yaşadığı vulkanın altında iki maqma kamerası tapdı | 22:55 Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək | 22:46 Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı |
Mojo.az Avto
Mojo.az Avto

Nazirlik rəsmisindən gənclərin ordumuza dəstəyi ilə bağlı AÇIQLAMA

29.10.2020 17:18 1 719
Nazirlik rəsmisindən gənclərin ordumuza dəstəyi ilə bağlı AÇIQLAMA
“Cəbhə bölgəsində döyüşlərin gərgin getdiyi bu dönəmdə ordumuza, dövlətimizə dəstək olmaq, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə daha geniş çatdırmaq məqsədi ilə gənclər də gərgin mübarizə aparır”.

Bunu Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova bildirib.

Onun sözlərinə görə, bu məqsədlə onlar müxtəlif ölkələrin parlament, konqres, senat üzvlərinə, dövlət rəsmilərinə məlumat xarakterli müraciət ünvanlayır:

“Ermənistanın ölkəmizə yönəlmiş işğal, aqressiya, terror siyasəti haqqında məlumatlar verirlər. BMT-nin 4 qətnaməsi (822, 853, 874, 884) ilə Azərbaycan ərazisi kimi tanınan torpaqlarına Ermənistanın iddialı olması, eyni zamanda, hazırda beynəlxalq hüququn prinsip və normalarını pozaraq hərbi əməliyyatların getmədiyi Gəncə, Tərtər, Ağdam, Füzuli, Mingəçevir, Bərdə və digər şəhər və rayonlarda sivil əhaliyə qarşı törədilən terror aktları bu məktublarda öz əksini tapır”.

“Gənclərin məktublarına Baptist Dünya İttifaqı İnteqral Missiya Rəhbəri Everton Cekson, Bosniya Hersoqovina Parlament üzvü Semsudin Mehmedovic, İrlandiya Parlament qrupunun vitse-sədri Sian O'Kalqın ölkəmizin haqlı mövqeyini dəstəkləyən cavablar verib, BMT qətnamələrini pozan Ermənistanın işğalçılıq, aqressiya və terror siyasətini pisləyərək, Azərbaycan xalqı ilə həmrəy olduqlarını qeyd ediblər.

Öz növbəsində Azərbaycanın ədalətli mövqeyini qoruyan bu şəxslərə gənclərimiz tərəfindən təşəkkür bildirilib”, - deyə S.Məmmədova qeyd edib.

Qeyd edək ki, bundan öncə ABŞ-ın Kaliforniya ştatının Senatoru Diana Feinştein, Corciya senatoru Kelli Leofler, Almaniya Bundestaqından Mahmut Özdemir gənclərə cavab olaraq dəstək məktubu göndərib, Azərbaycanın yanında olduqlarını bəyan ediblər.

Son xəbərlər