Mojo.az Banner
SON DƏQİQƏ
18:23 Azərbaycanda quş əti və yumurta istehsalı artıb  |     18:10 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb  |     17:58 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi  |     17:50 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində problemlər müşahidə olunur - Foto  |     17:46 Tələbələrin təqaüdləri artırılacaq?  |     17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Dünyaca məşhur alim Gəncədəki erməni terrorunu alman faşistlərinin əməlləri ilə müqayisə etdi

15.10.2020 23:36 1 707
Dünyaca məşhur alim Gəncədəki erməni terrorunu alman faşistlərinin əməlləri ilə müqayisə etdi
“Erməni hərbçilərinin Gəncədə mülki şəxslərə qarşı “Skad” raketlərini istifadə etməsi, İkinci Dünya müharibəsinin son ilində London, Paris və bir sıra digər şəhərlərin faşistlərin “Fau-2” raketləri tərəfindən atəşə tutulmasını xatırlatdı”.

Bu sözləri Vesti.az-a amerikalı fizik, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü (1968-ci ildən SSRİ Elmlər Akademiyasının akademiki) Roald Saqdeyev söyləyib.

Roald Saqdeyev 1932-ci ildə Moskvada anadan olub. Moskva Dövlət Universitetini bitirib. Atom Enerjisi İnstitutunda və Nüvə Fizikası İnstitutunda çalışmışdır. 1968-ci ildə SSRİ Elmlər Akademiyasının akademiki seçilib. ABŞ Milli Elmlər Akademiyasının üzvü olub. 1973-1988-ci illərdə SSRİ Elmlər Akademiyasının Kosmik Tədqiqat İnstitutuna rəhbərlik etmişdir. 1990-cı ildə ABŞ-a köçüb. Plazma fizikası, kosmik fizikası və idarə olunan termonüvə sintezi problemləri üzərində işlərin müəllifidir. Roald Saqdeyev Mixail Qorbaçovun müşavirlərindən biri olub və yüksək səviyyəli danışıqlarda iştirak edib.

“Nasistlərin müharibəni uduzduğunu anlayan Hitler terror silahlarını bu şəhərlərin mülki əhalisinə qarşı yönəltmək üçün ümidsiz cəhd etdi. “Fau-2” o dövrdə raket texnikasının mütləq zirvəsi olsa da, onun hədəfə düşməsinin dəqiqliyi kilometrlərlə hesablanırdı. Bu silah hərbi hədəflərə zərbələr üçün tamamilə yararsız idi. Lakin böyük şəhərlərə “təsadüfi” atəş terror silahına çevrildi və mülki əhalinin qorxusuna səbəb oldu.

Yalnız 1944-cü ilin payızından 1945-ci ilin mart ayına qədər almanlar Londona mindən çox raket atdılar. Böyük Britaniyanın Baş naziri Uinston Çörçill qərar qəbul edərək Hərbi Hava Qüvvələrini “Fau-2”nin start meydançalarını məhv etməsini əmr etdi. Eyni zamanda, İngilislər bu raketlərin istehsalı ilə əlaqəli olan hərbi fabrikləri bombaladı.

Sovet istehsalı olan “Skad” raketləri əslində “Fau-2”nin modifikasiyasından başqa bir şey deyil.

Sergey Korolev, böyük bir mühəndis qrupu ilə Stalin tərəfindən müharibədən dərhal sonra Almaniyaya göndərildi və “Fau-2”nin rəsmlərini və silahın nümunələrini oradan gətirdi. Beləliklə, on il ərzində “Skad”ın yaradılması üzərində addım-addım iş getdi. Soyuq müharibənin ilk dövründə Sovet rəhbərliyi bu cür raketləri nüvə başlıqları təhciz edirdi. Bu halda isə dəqiqlik məsələsi o qədər də vacib deyil. Daha sonra qitələrarası raketlər meydana çıxdı və “Skad”lar istifadəsiz qaldı. Bu silahları çox miqdarda dost dövlətlərə tədarük etməyə başladılar.

Bir çox yerdə onlar “işə yaradı”. Məşhur 1973-cü il müharibəsində Misir bu raketləri İsrailə qarşı istifadə etdi, İraq və İran isə 1980-1988-ci il müharibəsində bir-birlərini bu silahla atəşə tutdu. Sovet İttifaqı özü Əfqanıstan kampaniyasında yüzlərlə “Skad”dan istifadə etdi. Nəhayət, Şimali Koreya sakitcə “Skad”ların daxili mexanizmini öyrənərək, onların cihazlarını təkminləşdirdi və qitələrarası raketlərin istehsalına başladı.скачать dle 11.3

Son xəbərlər