Abşeronda motosiklet sürücüsünü avtomobil vurub
APA xəbər verir ki, hadisə Qobu yolunda qeydə alınıb.
1997-ci il təvəllüdlü Hüseynov Murad Ramin oğlu idarə etdiyi motosikletdən yıxılıb. Daha sonra onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.
