Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb | 19:59 Sabirabadda iki VAZ toqquşdu: Xəsarət alanlar var | 19:13 Sürücülük vəsiqəsi ilə bağlı QAYDA DƏYİŞİR | 19:08 Günəşdə partlayışların sayı kəskin artıb | 18:48 Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 18:41 DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq (Video) | 18:23 Yaşa görə gündəlik su norması - Elmi tövsiyə | 18:17 Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb |
Mojo.az Avto
Mojo.az Avto

İki il əvvəl partlayış zamanı dağılan binanın yerində inşa edilən yeni binaya qaz verildi

19.09.2020 22:35 2 175
İki il əvvəl partlayış zamanı dağılan binanın yerində inşa edilən yeni binaya qaz verildi
Gəncə şəhərində 2018-ci ilin noyabr ayında qaz sızması nəticəsində partlayış baş verən binanın yerində yeni bina inşa olunaraq 4 ay əvvəl sakinlərin istifadəsinə verilib. Lakin bina bu müddət ərzində müəyyən sənədləşdirmə prosedurları icra edildiyindən qazlaşdırılmamışdı.

“Azəriqaz”dan KONKRET.az-a verilən məlumata görə, sentyabrın 18-də həmin binaya qaz verilişi təmin edilib. Şahlar Hüseynov 13 A ünvanında yerləşən binadakı 50 mənzilin hər birinə qaz xətləri çəkilib, məişət sayğacları quraşdırılıb. Qaz çəkilişlərini xüsusi icazəsi olan tikinti şirkəti (podratçı təşkilat) aparıb. İşin standartlara və təhlükəsizlik qaydalarına uyğun icrasına isə daim “Azəriqaz” İstehsalat Birliyinin Gəncə Regional qaz istismarı İdarəsi nəzarət edib.

Onu da qeyd edək ki, son günlər bu binada yaşayan sakinlərin narahatlığını nəzərə alaraq “Azəriqaz” qazlaşma işlərinin sürətləndirilməsi və digər qurumlarda sənədlərin yoxlama prosesinin tezləşdirilməsinə çalışıb. “Azəriqaz” İstehsalat Birliyinə yekun açılışa hazırlıqla bağlı rəy məktubu daxil olan kimi, elə həmin gün də binanın qazla təminatı həyata keçirilib.

Son xəbərlər