Azərbaycanda teatrların açılması müzakirə olunur » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:32 Miqrasiya Xidmətindən əcnəbilərə xəbərdarlıq - 31 iyula kimi vaxtınız var  |     16:23 Rusiya Azərbaycana nota verib  |     16:15 Azərbaycanla Şimali Makedoniya diplomatik və xidməti pasport sahiblərini qarşılıqlı viza tələbindən azad edir  |     15:59 Hacıqabulda batan 91 yaşlı kişinin meyiti tapıldı  |     15:53 Attestasiya imtahanından keçməyən bəzi müəllimlərə ikinci şans veriləcək  |     15:48 Bakıda bu ərazi yanır  |     15:47 DİN Bakıda narkotik tranziti və onlayn dələduzluqda şübhəli bilinən Rusiya vətəndaşlarından ibarət iki dəstəni saxlayıb (FOTO)  |     15:40 Dənizdən meyiti tapılan şəxs tələbə imiş...  |     15:39 Tiktoker Roşka ev dustaqlığına buraxılmadı  |     15:35 Azərbaycanda rusdilli məktəblər BAĞLANIR?  |     15:28 Türkiyədə zəlzələ oldu  |     15:24 Karantin rejiminin müddəti uzadıldı - Bu gündən  |     15:20 Xalq artistinə ağır itki  |     15:13 Məktəbli formalarını bu gündən daha ucuz qiymətə ala bilərsiniz  |     15:08 Növbəti həftə magistraturaya ixtisas seçimi başlayır  |     15:03 Rusiyanın dörd hava limanı fəaliyyətini dayandırıb  |     14:56 Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb  |     14:50 Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq  |     14:42 Hindistanda kimyəvi zavodda partlayış baş verib, 30-dan çox ölən var  |     14:37 Bakı Metropolitenində reklam lövhələri narazılığa səbəb oldu - FOTO  |    

Azərbaycanda teatrların açılması müzakirə olunur

Teatrların fəaliyyətinin ənənəvi qaydada davam etdirməsi məsələsi Nazirlər Kabineti yanında Operativ Qərargahla müzakirə olunur.

“Report” xəbər verir ki, bunu Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

“Bu barədə qərarlar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hərtərəfli müzakirə olunandan sonra verilir. Bu müzakirələr zamanı beynəlxalq təcrübə də nəzərə alınır. Eyni zamanda ölkəmizdəki pandemiya dinamikası əsas götürülür. Bu səbəbdən hesab edirəm ki, mütəmadi olaraq Operativ Qərargahla məsləhətləşmələrimizi aparacağıq və onun nəticəsində hər hansı qərar qəbul olunacaq. Hazırda bu məsələ müzakirə səviyyəsindədir”,- A.Kərimov bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 899 18.09.20 18:43