Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Virtual dərslərdə iştirak edə bilməyən şagirdlər nə etməlidir? — AÇIQLAMA

17.09.2020 21:46 2 544
Virtual dərslərdə iştirak edə bilməyən şagirdlər nə etməlidir? — AÇIQLAMA
Nazirlər Kabineti yanında operativ qərargahın təsdiq etdiyi qərara əsasən, sentybarın 15-dən etibarən təhsil müəssisələri fəaliyyətini bərpa edib. İbtidai siniflərə əyani, digər siniflərə isə dərslər onlayn keçirilir.

Median.Az bildirir ki, onlayn dərslərlə bağlı bir qrup valideyn oxu.az-a müraciət ünvanlayıb. Valideynlər deyir ki, övladlarının onlayn dərslərə qoşulması üçün yetərli sayda texniki vasitə yoxdur:

“Ailədə beş nəfərik, yoldaşımın və mənim mobil telefonum var. Kompüter almağa imkanımız yoxdur. İkimiz də işləyirik və gün boyu telefonlar bizdə olur. Övladlarımız yuxarı siniflərdə oxuduqları üçün dərsə əyani surətdə getmirlər. Mobil telefon olmadığı üçün uşaqlar onlayn dərslərə qoşula bilmir”.

Valideyn bildirir ki, dərslər üst-üstə düşür və üç uşağın eyni anda onlayn dərslərə qoşulması da mümkün olmur.
Məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət etdik. Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, virtual dərslərdə iştirak etmək imkanı olmayanlar üçün teledərslər təklif edilir.

Bu dərsləri ölkənin ən yaxşı müəllimləri tədris edir. Teledərslər gündə iki dəfə (biri təkrar olmaqla) ölkənin iki telekanalında yayımlanır, e-resurslar portalına yerləşdirilir. Bundan əlavə, kifayət qədər dərslik, dərs vəsaiti, öyrədici videoresurslar var ki, bunlardan da faydalanmaq mümkündür.

Qeyd edək ki, şagird onda yaranan sualları dersvaxti@edu.gov.az elektron ünvanına, məktəbdəki müəlliminə, şagird yoldaşına ünvanlaya bilər.

Son xəbərlər