Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ağcabədi sakinləri icra hakimiyyətindən şikayət edirlər: “Əkin üçün torpaq sahəsi ayrılmır”

16.09.2020 16:30 2 098
Ağcabədi sakinləri icra hakimiyyətindən şikayət edirlər: “Əkin üçün torpaq sahəsi ayrılmır”
Ağcabədi rayonu Boyat kənd sakinləri əkin sahələri ilə bağlı şikayət edirlər.

Bu barədə Oxu.Az-a müraciət edən Boyat kənd sakini Mübariz Əhmədov məlumat verib. O deyir ki, Boyat kənd bələdiyyəsinin ehtiyat fondundan sakinlərə əkin üçün torpaq ayrılmalıdır, amma bizə düşən pay verilmir:

“Bələdiyyənin ehtiyat fondunda isə 52 hektara yaxın torpaq sahəsi var. Bələdiyyə həmin ehtiyat fondunun torpaqlarını öz yaxın adamlarına, qohumlarına verir. Biz müraciət edirik, müraciətimizə baxmırlar. Keçmiş bələdiyyə sədri olan Təvəkkül Hüseynova, indiki bələdiyyə sədri Mütəllim müəllimə müraciət etmişik. Dəfələrlə müraciət etsəm də, gözlə deyə-deyə dörd ildir bu məsələni həll etmirlər. Özümün 30 sot pay torpağım var, amma bu məni qane etmir. Əziyyətlə iki oğul böyüdürəm. Ailəmi dolandıra bilmirəm. Özüm Qarabağ uğrunda döyüşlərdə iştirak etmişəm, sağlamlığımı itirmişəm. Xahiş edirəm bu məsələnin həllinə kömək edəsiniz”.

M.Əhmədov deyir ki, bələdiyyənin ehtiyat fondunda olan 52 hektar torpaq sahəsindən bizə də pay ayırsınlar:

“Mən demirəm bütün torpaqları mənə versinlər. O torpaqdan bir hektar, iki hektar nə qədər mümkündürsə bizə versinlər, əkib-becərək. Ailəmizi dolandıraq. Ölkəmizə nə faydalıdırsa, onu əkərik. Boyat kəndində yerləşən bələdiyyə torpağında ferma açıblar. Biz sakinlərin müraciətinə isə baxan yoxdur. Sonuncu müraciətimizdən 4-5 ay keçib. Bizə hədə-qorxu gəldilər. Dedilər ki, gedin öz işinizlə məşğul olun”.

Məsələ ilə bağlı Ağcabədi Rayon İcra Hakimiyyətinə müraciət etdik. İcra Hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Mərdəli Quluyev Oxu.Az-a açıqlamasında bildirib ki, bu müraciət araşdırılır.

Təvəkkül Hüseynovla danışmaq istədiyimizi desək də, M.Quluyev onun insult keçirtdiyini dedi.

Sakinin iddialarına cavab verən M.Quluyev deyir ki, vətəndaşların pay torpaqları var:

“Onların əkin üçün pay torpaqları var. Sadəcə olaraq bələdiyyədən əlavə torpaq iddiaları irəli sürürlər. Onların ərizəsi araşdırılır və özlərinə yekun nəticə barədə məlumat veriləcək. Biz kiminsə diqtəsi ilə işləmirik. Araşdırma gedir”.

İcra Hakimiyyətinin nümayəndələrinin sakinlərə hədə-qorxu gəlməsi ilə bağlı iddialara isə M.Quluyev belə cavab verib:

“Sakinlər çox söz deyə bilər. Bu sadəcə şantajdı. Elə yanaşma ola bilməz”.

Sonda M.Quliyev bu məsələ ilə bağlı daha ətraflı məlumatın İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qurban Babayevdə olduğunu desə də, onunla əlaqə saxlamaq mümkün olmadı.

Son xəbərlər