Mojo.az Banner
21:33 BDU-nun əməkdaşı vəfat etdi  |     21:28 Bakıda bütün avtobuslar və taksilər metro ilə birləşdirilir? - AÇIQLAMA  |     21:20 Qubanın üç kəndinin adı dəyişdirilib  |     21:15 Eminemin ilk albomu rekord qiymətə satıldı  |     21:07 Azərbaycan iqtisadiyyatı böyüyüb  |     21:01 "Valideyn uşağından imtina edirsə, dövlət ona sahib çıxmalıdır" - Deputat  |     20:54 İşğaldan azad olunan ərazilərə ayrılan vəsait açıqlandı  |     20:49 2129 hektar ərazi minalardan təmizlənib  |     20:44 Bakıda avtomobil qadını vuraraq öldürdü  |     20:36 Ukrayna sərhədçiləri hantavirusdan ölüblər  |     20:31 Dünyada yeni pandemiya qorxusu: Hantavirusun koronavirusdan fərqi nədir?  |     20:23 Bu yay biletlər ucuzlaşacaq? - Bəzi aviaşirkətlər qiymətləri endirir  |     20:17 91 yaşlı kişi borcunu qaytarmayan qonşusunu məhkəməyə verdi  |     20:10 "Instagram"da investisiya adı ilə dələduzluq: 13 min alan şəxsə hökm oxundu - Video  |     20:05 Hərbi xidmətə çağırılan diplomatlar müavinət ala biləcək  |     19:56 Sabah 31 dərəcə isti olacaq  |     19:51 Çinin avtomobil bazarı çökür - Benzinlə işləyən avtomobillərə tələbat azalır  |     19:44 Buzların altında qalan 180 illik dram: Genetik möcüzə reallaşdı  |     19:38 Xalq artisti iddialara cavab verdi  |     19:30 Bu ərazilərdə maşın saxlamaq qadağan edilir - Video  |    
Left Banner
Right Banner

Bakıda dəmir yolu işçisi vaqonun altında qalıb öldü

15.09.2020 17:02 3 468
Bakıda dəmir yolu işçisi vaqonun altında qalıb öldü
Sentyabrın 14-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin 5 saylı İxtisaslaşmış Dəmir Yol Müəssisəsində yol təmirçisi vəzifəsində işləyən Rafət Cavadovun inşaat materiallarının daşınması üçün nəzərdə tutulmuş vaqondan qum və çınqıl materiallarını boşaldan zaman baş nahiyəsinin vaqonun dəmir qapağı ilə təkəri arasında qalması nəticəsində aldığı xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ rayon prokurorluğundan verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda hadisənin başvermə səbəb və mexanizminin, habelə təqsirli şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner