İlham Əliyev: “Xəstəxanalar vaxtında tikilməsəydi, çox ağır vəziyyətə düşə bilərdik” » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:43 Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü  |     11:41 Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO  |     11:33 Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Qazaxıstanda görüşü baş tuta bilər  |     11:18 Ukraynada sabiq nazir həbs edilib  |     22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |    

İlham Əliyev: “Xəstəxanalar vaxtında tikilməsəydi, çox ağır vəziyyətə düşə bilərdik”

Xəbər verdiyimiz kimi, avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında videoformatda iştirak edib.

AZƏRTAC dövlətimizin başçısının hospitalın açılışındakı çıxışından bəzi məqamları təqdim edir.

“Hazırda COVID xəstələri üçün 46 xəstəxana fəaliyyət göstərir. Bu xəstəxanaların 41-i son 17 il ərzində inşa edilmişdir. Məhz regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində bütün bölgələrimizdə, bütün şəhərlərimizdə müasir tibb ocaqları yaradılıb. Təsəvvür etmək çətin deyil ki, əgər biz bu addımı vaxtında atmasaydıq, bu gün hansı problemlərlə üz-üzə qala bilərdik. Tam məsuliyyətlə deyə bilərəm ki, əgər bu xəstəxanalar vaxtında tikilməsəydi, bu gün biz çox ağır vəziyyətə düşə bilərdik. Nəinki xəstəxanalar tikilib, ən müasir avadanlıqlarla təchiz edilib və bu gün də bu proses davam etdirilir. COVID ilə mübarizədə bizim səhiyyə sistemimizin maddi-texniki bazası xüsusi rol oynayır”.

“Laboratoriyaların sayını böyük dərəcədə - bir neçə dəfə artırmışıq. Pandemiya başlayanda bizim cəmi 6 laboratoriyamız var idi, bu gün biz o laboratoriyaların sayını 45-ə çatdırırıq. Ölkəmizdə 900 mindən çox test keçirilib. Adambaşına düşən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 569 31.08.20 16:19