Mojo.az Banner
23:01 Naxçıvanda əhalinin sayı artıb  |     22:54 Ramazanın 24-cü gününün duası - İmsak və iftar vaxtı  |     22:44 Xruşşovun nəticəsi xarici agent elan edildi  |     22:39 Ya müharibə, ya da sülh - Paşinyan Qarabağdan danışdı  |     22:33 2020-ci ildən 72 azərbaycanlı mina hadisələrində həlak olub - XİN  |     22:27 Azərbaycanda 1287 yeni İİV xəstəsi qeydə alınıb  |     22:22 Murad Dadaşov xəstəxanaya yerləşdirildi - FOTO  |     22:16 Azərbaycanda 10 nəfər qızılcaya yoluxdu  |     22:11 Azərbaycanda 853 videomüşahidə kamerası quraşdırılıb  |     22:03 Siyəzəndə 27 yaşlı qadın faciəli şəkildə öldü  |     21:56 "Bakıda kooperativ binalarda 1000-ə qədər lift dəyişdirilməlidir" - Əli Əhmədovdan hökumətə çağırış  |     21:51 Sumqayıtda polis qayda pozan avtobus sürücülərini şöbəyə dəvət etdi - VİDEO  |     21:43 Şənbə günü hava necə olacaq?  |     21:37 Avtobus zolağında hərəkət edən “Ferrari” saxlanıldı  |     21:30 Bu ölkələr Azərbaycanda səfirlik açır  |     21:21 64 nəfər Azərbaycan vətəndaşlığına qəbul olunub  |     21:09 Yoldaşını boğaraq öldürən Ziyəddinin məhkəmə işi  |     21:04 Laçının bəzi kəndləri birləşdiriləcək  |     20:55 Azərbaycanın bu qədər xarici dövlət borcu var  |     20:50 Biləsuvarda 16 kq narkotik vasitə aşkarlandı  |    
Left Banner
Right Banner

Cəlilabadda quyu qazan kəndli tarixi nümunələr tapdı - VİDEO

12.08.2020 13:37 1 785
Cəlilabadda quyu qazan kəndli tarixi nümunələr tapdı - VİDEO
Cəlilabad rayonunun Alar kənd sakini həyətyanı sahədə təsərrüfat quyusu qazarkən maraqlı mənzərə ilə qarşılaşıb.

Baku TV xəbər verir ki, qazıntı aparılan ərazidə tarixi mədəniyyət nümunələri aşkarlanıb.

Tapıntılar rayon sakini Afəddin Mirzəyevə məxsus həyatyanı sahədə aşkar olunub. Tarixi qalıqlar, əsasən, təsərrüfat kürəsi və müxtəlif məişət əşyalarının qalıqlarından ibarətdir.

Məlumata görə, XI-XII əsrə aid olduğu ehtimal edilən kürələrdən müxtəlif saxsı qabların hazırlanmasında istifadə olunub.

Bunu kürənin ətrafında olan kül qalıqları da sübut edir. Bu tip tapıntıların aşkarlanması orta əsrlərdə bu ərazidə dulusçuluq sənətinin yüksək səviyyədə inkişafından xəbər verir.

Mütəxəssislərin fikrincə, sözügedən tapıntılar yalnız bir mədəni təbəqənin qalıqlarından ibarət ola bilər. Çünki bu ərazilər uzun müddət bataqlıqlardan ibarət olduğundan, fasiləsiz həyatın uzun zaman davam etməsi mümkünsüz görünür. Mövcud tapıntının araşdırılması isə orta əsrlərlə bağlı geniş tarixi məlumatları üzə çıxara bilər.

Qeyd edək ki, tapıntı Cəlilabadda orta əsrlərə aid sayca ikinci istehsal kürəsi hesab olunur.скачать dle 11.3
Mojo.az Banner