Azərbaycan fındıq ixracını artırıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:28 Mahsun Kırmızıgül Bakıdadır  |     18:10 Bakıda itkin düşmüş şəxsin öldürüldüyü məlum olub, şübhəli saxlanılıb - YENİLƏNİB  |     17:49 Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib: Əməliyyat olunacaq  |     17:36 Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı QƏRAR VERDİ  |     17:15 Keşiş Baqrat - erməni müxalifətinin fiaskosunun simvolu - VİDEO  |     16:59 Azərbaycanda akademiyanın adı dəyişdirilir  |     16:47 Nikol Paşinyan: “Azərbaycanla sülh sazişinin imzalanmasının vaxtı çatıb”  |     16:27 Bakıda sürət yarışı keçirən sürücülər cəzalandırıldılar  |     16:14 Şəkil paylaşdığı üçün 11 il həbs cəzası aldı  |     16:11 Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı: “Günahım yoxdur” - VİDEO  |     16:09 Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA  |     15:50 Rəşad Dağlı əfv olunacaq? - Vəkildən AÇIQLAMA  |     15:46 Çin Xalq Siyasi Məşvərət Şurasının nümayəndə heyəti ulu öndərin məzarını ziyarət edib  |     15:27 Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub  |     15:25 "TikTok" axtarış funksiyası üçün süni intellekti sınaqdan keçirir  |     15:24 Naxçıvanda yağış suları sinif otaqlarına doldu - VİDEO  |     15:23 Balakəndə qanunsuz tikili sökülüb - VİDEO  |     15:01 Ermənistan və İran Araz çayı üzərində ikinci körpünü tikməyə hazırlaşır  |     15:00 Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər  |     14:59 Bloqer və influenserlərə XƏBƏRDARLIQ: Cərimə olunacaqlar  |    

Azərbaycan fındıq ixracını artırıb

2020-ci ilin may ayında Azərbaycanın təmizlənmiş fındıq ixracı ötən ilin mayı ilə müqayisədə 200 min dollar artıb.

Median.Az
xəbər verir ki, bunu Trend-ə Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib.

Onun sözlərinə görə, pul ekvivalentində may ayında ixrac həcmi 8,5 milyon dollar təşkil edib:

"2002-ci ilin yanvar-may aylarında Azərbaycandan 51 milyon dollar məbləğində təmizlənmiş fındıq ixrac edilib. Hesabat dövrü ərzində ixrac 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz azalıb".

İ.Orucov qeyd edib ki, 2019-cu ildə Azərbaycan ərazisində fındıq məhsuldarlığı 20 min tona bərabər olub. Mövsümün əvvəlindən ixrac həcmi 16 min ton təşkil edib, qalan 4 min ton daxili bazarın payına düşüb:

"Daxili bazarda satış həcmləri kəskin azalıb, amma bu qiymətlərə təsir etməyib. Xüsusi karantin rejimi dövründə bütün sərhədlər bağlı olduğu vaxt Azərbaycan fındığı Rusiyaya və bir sıra Avropa ölkələrinə ixrac edilirdi".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 249 03.08.20 19:29