Pandemiya dövrünün qurbanlığı: ətin qiyməti düşdü, müştəri yoxa çıxdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:42 Dünyanın ən zəngin şəhəri hansıdır?  |     22:32 AFFA “Kəpəz”i 8500 manat cərimələdi  |     22:24 Özünü qazi kimi təqdim edən dələduz saxlanıldı  |     22:20 Şaurma və dönərdən zəhərlənmənin əlamətləri – Nə etməli?  |     22:13 Yasamalda mənzildən meyit tapıldı  |     21:58 İsrail daha 11 fələstinlini saxladı  |     21:50 Britaniya Rusiyanın hərbi attaşesini qovur, diplomatik binalarının statusunu ləğv edir  |     21:37 Məmurun kabinetindən noutbukunu oğurlayan şəxsə hökm oxundu  |     21:29 "Bolt" Azərbaycanda bu xidməti dayandırdı (FOTO)  |     21:24 Malayziya "oranqutan diplomatiyası"na başlayır  |     21:18 Azərbaycanda bağlanan şərab zavodu açılır?  |     21:10 Azərbaycanda 40 dəvə yükü ilə qızıl basdırılan yer (VİDEO)  |     21:01 Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb  |     20:52 Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər  |     20:44 "Ordubad” qoruğunun mühafizə zonasının müəyyənləşdirilməsi istiqamətində işlər yekunlaşıb  |     20:36 Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb  |     20:29 Türkiyənin vitse-prezidenti: Azərbaycanda icra olunan layihələrə bundan sonra da dəstək verməyə hazırıq  |     20:23 Süni intellekt və yeni inkişaf meyarları  |     20:14 "Sədərək" sahibinin oğlunun evindən külli miqdarda oğurluq edənin cəzası azaldılıb  |     20:09 Əfqanıstanda hərbçilərə hücum olub, 6 nəfər ölüb, 13 nəfər yaralanıb  |    

Pandemiya dövrünün qurbanlığı: ətin qiyməti düşdü, müştəri yoxa çıxdı

Qurban bayramı ilə əlaqədar rayonlardan Bakıya qurbanlıq heyvanlar gətirilir. Maraqlıdır, təsərrüfatlarda vəziyyət necədir?

Qurbanlıq heyvanların satışını həyata keçirən, Maştağada təsərrüfatla məşğul olan Aqil İbrahimov Sputnik Azərbaycan-a mövcud durumu şərh edib:

"Keçən illə müqayisədə satdığımız qurbanlıq ətin qiymətində dəyişiklik var. Belə ki, ötən il qurbanlıq ətin kiloqramı 6-6.5 manata təklif edilirdisə, bu il 5.5-6 manata təklif edilir. Diri heyvanların qiyməti isə 170 manatdan başlayır. Bunlar 6 ayını tamamlayan qoçlardır".
Heyvanların gigiyenik şəraitdə kəsilərək təhvil verildiyini deyən həmsöhbətimiz alıcılıq qabiliyyətinin ötən illə müqayisədə zəiflədiyini söyləyir. Həmsöhbətimiz bunun səbəbini mövcud vəziyyətlə izah edir: "Ötən ilə nisbətən alıcılıq qabiliyyətinin çox aşağı olmasının səbəbi pandemiya ilə əlaqədardır. İnsanlar icazə ilə evdən çıxırlar. Onların əksəriyyəti işləmir, maddi sıxıntı yaşayırlar. Ötən il bazarda 10 nəfərdən təxminən 6-7-si qurbanlıq alırdısa, indi 2 nəfəri alır, ya almır".

Təsərrüfat rəhbərinin bazarda təklif etdiyi qiymətə isə ət kəsimi və qablaşdırılması daxildir: "Amma bəzi yerlərdə bunu da pulla edirlər. Təbii ki, burada da hər şey satıcının insafına bağlıdır. Satıcı var ki, Allah rizası üçün bunu pulsuz edir, satıcı da var ki, 5-10 manatın qarşılığında bu işi edir".

"Alıcılar arasında onlayn sifariş edənlər də var. Lakin onlayn satış üçün kifayət qədər müştəri kontingenti yoxdur, müştərilər bu sahədə yenidirlər deyə satış hələ ki, zəifdir", - deyə həmsöhbətimiz əlavə edib.

Təsərrüfatda saxlanılan heyvanlar isə əsasən İmişli, Ağcabədi, Bərdə, Beyləqan və Şamaxıdan gətirilib. Cinslər arasında Şamaxı quzuları, qaradolaq, tatarlar, eyvazlılar da var. Lakin onlar arasında əsasən Qarabağ quzuları üstünlük təşkil edir.//sputnik.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 345 31.07.20 23:48