Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

İcra hakimiyyətindən Biləcəri sakinlərinin etirazına cavab: “Tədbirlər görüləcək”

04.07.2020 15:59 2 150
İcra hakimiyyətindən Biləcəri sakinlərinin etirazına cavab: “Tədbirlər görüləcək”
Xəbər verdiyimiz kimi, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsinin sakinləri qəsəbədə yaranmış gigiyenik problemlərlə üz-üzədir.

Əraziyə axıdılan kanalizasiya və çirkab suları yaşayış zonasının yaxınlığından keçdiyi üçün sakinləri ciddi narahat edir. Sakinlər məsələ ilə bağlı bir neçə dəfə müvafiq qurumlara, o cümlədən Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edildiyini desələr də, heç bir tədbir görülmədiyini qeyd ediblər.

Mövzu ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. İcra hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, ərazidə kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı tədbirlər görüləcək:

“Kanalizasiya xətlərinin çəkilməsi və çirkab sularının qarşısının alınması məqsədilə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsində yaşayan sakinlərin RİH-ə ünvanladığı şikayətə əsasən, tərəfimizdən “Azərsu” ASC qarşısında məsələ qaldırılıb. Aidiyyəti qurum tərəfindən isə müraciətimizə müvafiq cavab ünvanlanıb. Cavabda qeyd olunub ki, həmin ərazidə yeni xətlərin çəkilməsi məqsədilə layihələndirmə işlərinə başlanılıb. Problemin aradan qaldırılması istiqamətində işlərin görüləcəyi bildirilib”.

Son xəbərlər