Sərt karantinə nəzarət gücləndirildi, ciddi yoxlamalar başladı - DİN-dən XƏBƏRDARLIQ » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:43 Qobustanda 378 şagirdin oxuduğu məktəb qəzalı vəziyyətdədir - VİDEO  |     17:27 Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər  |     17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |     13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |    

Sərt karantinə nəzarət gücləndirildi, ciddi yoxlamalar başladı - DİN-dən XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi iyulun 2-də ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla, küçə və prospektlərdə quraşdırılmış polis postlarının bərpa edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, zərurət olan ərazilərdə postlar yenidən bərpa olunub:

“Bir çox ərazilərdə karantin postları yığışdırılıb, bəzi yerlərdə isə marşrut postları fəaliyyət göstərir. Daxili işlər orqanlarının əməkdaşları, DİN-in Daxili Qoşunlarının hərbi qulluqçuları, polis əməkdaşları sərt karantin elan olunan ərazilərdə, yollarda, hətta məhəllədaxili yollarda gücləndirilimiş iş rejimində çalışırlar”.

K.Əliyev bildirib ki, küçə və prospektlərdə hərəkət iştirakçıları ciddi yoxlanılır:

“Xahiş edirik ki, müvafiq icazəsi olmadan kimsə yaşadığı yeri tərk etməsin. Sərt karantin rejimini pozan hər bir şəxs məsuliyyətdən kənarda qalmayacaq”.

“Əhali tələb olunan qaydalara ciddi nəzarət etsin ki, koronavirusa yoluxmanın qarşısını almaq mümkün olsun”, - deyə DİN rəsmisi qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 772 04.07.20 14:22