Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

139 obyektdə sanitar-epidemioloji tələblər pozulub - RƏSMİ

29.06.2020 17:57 1 698
139 obyektdə sanitar-epidemioloji tələblər pozulub - RƏSMİ
Sahibkarlıq subyektlərində aparılan monitorinqlər davam edir.

Bununla bağlı İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qurumun əməkdaşlarının xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə iyunun 25-də keçirdikləri növbəti monitorinqlər zamanı Binəqədi rayonunda Əli Səmədova məxsus “Ət mağazası”nda, Elçin Qaracayevə məxsus “İsti çörək” pərakəndə ticarət obyektində, Yasamal rayonunda Çapay Quliyevə məxsus “Quru meyvə” mağazasında, Elşən Şirinova məxsus “Market”də, Xətai rayonunda “İlkin market”də, Akif Hüseynova məxsus “Ərzaq mağazası”nda, Vüsal İmanova məxsus “Gül dükanı”nda, Səbail rayonunda “Səki Market”də, Murad Əzimova məxsus “Quru meyvə” mağazasında, "Azəri Med" MMC-yə məxsus “Aptek”də, Nərimanov rayonunda “Boya dünyası”, “Combi plas”, “Ariston” mağazalarında, Xəyyam Xəlilova, Elşad Məmmədova, Nailə Bağırovaya məxsus “İstilik sistemləri” pərakəndə ticarət obyektlərində, Gəncə şəhərində Vəfa Hüseynovaya məxsus ərzaq mağazasında, Xaliq Hüseynova məxsus avtomobillərin ehtiyat hissələrinin satışı mağazasında, Astara rayonunda “Rəşad Market”də, Aygül Əliyevaya məxsus “Ərzaq Mağazası”nda, Bəxtiyar Şahmuradova məxsus “Dəftərxana ləvazimatları” mağazasında, İsmayıllı rayonunda “Xan Market”də, “Fərid Market”də, “Kakao Şirniyyat Evi”ndə, Natiq Rüstəmova məxsus “Kafe”də, Balakən rayonunda Sara Hacıyevaya məxsus dərzi sexində, Füzuli rayonunda Teymur Süleymanova məxsus “Market”də, Zaur Baxışova məxsus “Kafe”də, “Zeytun Pharmaceuticals” MMC-yə məxsus “Aptek”də, Bərdə rayonunda “Avropa qapıları”, “Polad oboy aləmi”, “Papatya mebel” mağazalarında, “Fəxri market”də, “Qarabağ telecom” və “Orxan telecom”da, Quba rayonunda “Şahdağ kursları” təhsil xidməti obyektində, “Mahir Fast Food” ictimai iaşə xidməti obyektində, “Sərin restoranı”nda, ümumilikdə monitorinq keçirilmiş 314 obyektdən 139-da zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Nazirliyin əməkdaşları monitorinqlərdə sahibkarlarla maarifləndirici söhbətlər aparıb, xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurətini bir daha diqqətə çatdırıblar.

Qeyd edək ki, mayın 22-dən iyunun 29-dək monitorinq aparılmış 8 484 sahibkarlıq subyektindən 3 715-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

Son xəbərlər