Bakıda karantini pozan direktora xəbərdarlıq edildi, iki nəfər cəzalandırıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:32 İsrail ordusu "Hizbullah"ın xüsusi təyinatlı hərbiçisini məhv etdi  |     19:24 Serbiya DİN: İcazəsiz etiraz aksiyalarında 107 nəfər saxlanılıb  |     19:09 TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı  |     18:51 Beyləqanda kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı  |     18:39 "Səs Azərbaycan"ın iştirakçısı ABŞ-Mekaika sərhədində öldürüldü - VİDEO  |     18:23 Məmmədli sakinləri acınacaqlı durumda: "Şikayətimizə baxan yoxdur" (VİDEO)  |     18:17 Avropa çempionu olan yüngül atlet ağır xəstəliyə tutulduğunu açıqlayıb  |     18:00 Azərbaycandakı qadın hakimlərin sayı açıqlandı  |     17:53 Tikinti materialları bahalaşdı - VİDEO  |     17:45 Aşura günü ÜÇ MİNƏ YAXIN şəxs könüllü qan verib  |     17:36 Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ  |     17:19 Azərbaycanda növbəti torpaq hərracları  |     17:16 Laçın Rayon Polis Şöbəsindən ƏMƏLİYYAT: 300-ə yaxın çətənə bitkisi və silah-sursat aşkarlandı  |     16:41 Mingəçevirdə çayda iki kater toqquşub, xəsarət alanlar var  |     16:35 "Tərlan - 2025" təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri Azərbaycana gəliblər  |     16:27 Ərdoğan: "Zəngəzur dəhlizi geoiqtisadi inqilabın tərkib hissəsidir"  |     16:23 Masallıda 78 il sonra ortaya çıxan həqiqət: Çay plantasiyası yaxınlığında əzablı ölüm  |     15:05 “Qardaşı onu körpə qızı ilə yatarkən öldürübmüş...”  |     14:58 Ərdoğan Azərbaycan və Rusiya arasında yaşanan gərginlikdən danışdı  |     14:53 İki gün əvvəl avtobusun vurduğu qadın XƏSTƏXANADA ÖLDÜ  |    

Bakıda karantini pozan direktora xəbərdarlıq edildi, iki nəfər cəzalandırıldı

Bakı şəhəri 237 nömrəli tam orta məktəbin şagirdlərinin xüsusi karantin rejimi dövründə kütləvi tədbirdə iştirak etmələri barədə sosial şəbəkələrdə və KİV-də yayılmış məlumatlarla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.

Bu barədə idarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Araşdırma nəticəsində məlum olub ki, koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində 11 may 2020-ci ildə Xəzər rayonu Şüvəlan qəsəbəsində qeyri-hökumət təşkilatları tərəfindən təşkil olunmuş maarifləndirmə işlərinə həmin ərazidə yaşayan bir neçə şagird də könüllü olaraq qoşulub və ictimai yerlərdə məlumatverici materiallar paylayıblar.

Məktəbin tərbiyə işləri üzrə direktor müavini Bahar Əkbərovanın göstərişi ilə laborant Aygün Qasımova təhsil müəssisəsinin direktoru Təranə Qurbanova ilə razılaşdırmadan məktəbdən kənarda qeyri-hökumət təşkilatları tərəfindən keçirilmiş tədbiri məktəbin adından təqdim edib.

Məktəbdə çalışan işçilərin fəaliyyətinin əmək qanunvericiliyinə uyğun nəzarətdə saxlanılmamasına görə 237 nömrəli tam orta məktəbin direktoru Təranə Qurbanovaya yazılı qaydada xəbərdarlıq edilib.

Eləcə də, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə məktəbin direktor müavini Bahar Əkbərovaya töhmət verilib, laborant Aygün Qasımova barəsində qanunamüvafiq tədbir görülməsi isə məktəbin direktoruna tapşırılıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin sərəncamına əsasən, yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 2020-ci il martın 3-dən Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.

Xatırladaq ki, bir müddət əvvəl paytaxtda yerləşən 237 nömrəli tam orta məktəbin direktoru Təranə Quliyeva şagirdləri kütləvi tədbirə çağırıb.

Bu da ölkədə elan olunmuş xüsusi karantin rejiminin tələblərinin kobud şəkildə pozulmasıdır.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 321 04.06.20 12:56