Mojo.az Banner
11:53 Nigar Fərhad barədə qərar verildi - Şikayətçilər artır  |     11:42 Azərbaycan nefti ucuzlaşıb  |     11:41 "Formula-1" zamanı Bakı yollarında hərəkət necə olacaq?  |     11:25 Yeniyetməni döyüb komaya saldılar - Süni tənəffüs aparatına qoşuldu  |     11:24 Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi  |     11:17 Məhsul şəhadətnaməsi təkrar satıla və girov qoyula biləcək  |     23:02 Payızda işıqpulunu artıran 4 cihaz  |     22:57 Bakıda küçədə meyit tapıldı  |     22:49 Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ  |     22:43 ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc intihar etdi  |     22:35 Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub  |     22:30 Hibrid avtomobillərdə geri ötürmə dişlisi niyə ləğv edilir? – ARAŞDIRMA  |     22:22 Sərnişinlərin “Şamaxinka”dakı çətin anları - VİDEO  |     22:16 Almaniyada dizelin qiyməti tarixi maksimuma çatdı  |     22:09 Azərbaycanda distant iş rejimi genişlənəcək  |     22:02 Prezidentin təltif etdiyi alim kimdir? - DOSYE  |     21:57 Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir  |     21:49 Rusiyada keçmiş nazir həbs edildi  |     21:44 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |     21:36 Cəlilabadda içməli su xəttində qəza olub, yolu su basıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bərdədə su kanalına atılmış heyvan leşləri ilə bağlı RƏSMİ AÇIQLAMA

03.06.2020 18:51 2 884
Bərdədə su kanalına atılmış heyvan leşləri ilə bağlı RƏSMİ AÇIQLAMA
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində tədbirləri davam etdirir.

AQTA-dan verilən məlumata görə, agentliyin əməkdaşları 1003 - Çağrı Mərkəzinə daxil olan müraciət əsasında Bərdə rayonu, Alpoud kəndi ərazisindən keçən köməkçi su kanalına baxış keçiriblər. Su kanalında tələf olmuş, sahibi məlum olmayan 13 baş iribuynuzlu heyvan aşkarlanıb.

Heyvanların hansı səbəbdən tələf olduğunu müəyyən etmək məqsədilə daxili orqanlarından nümunələr götürülərək, Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.

Tələf olmuş heyvanlar Bərdə rayonu ərazisində Məişət Tullantıları Poliqonunda zərərsizləşdirilərək məhv edilib. Ərazidə aidiyyəti üzrə müvafiq qurumun əməkdaşları tərəfindən dezinfeksiya işləri aparılıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.скачать dle 11.3
Mojo.az Banner