Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda distant iş rejimi genişlənəcək

17.09.2026 22:09 516
Azərbaycanda distant iş rejimi genişlənəcək
Son illərdə əmək münasibətlərində çevik iş modellərinə maraq artsa da, distant iş rejiminin Azərbaycanda tətbiqi hələ geniş yayılmayıb. Bu modelin hansı sahələrdə daha effektiv ola biləcəyi və gələcəkdə nə dərəcədə genişlənəcəyi müzakirə mövzusudur.

Median.Az 
bildirir ki, mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, distant və hibrid iş rejiminin geniş tətbiqi ilk növbədə bu sahədə ənənənin formalaşmasından asılıdır. Onun sözlərinə görə, Azərbaycanda artıq belə bir tendensiya müşahidə olunur və distant işin mərhələli şəkildə genişlənəcəyi gözlənilir. Deputat vurğulayıb ki, bunun üçün həm dövlət, həm də özəl sektorun yeni iş modelinə tam hazır olması vacibdir.

V.Bayramov qeyd edib ki, Avropa İttifaqı ölkələrinin təcrübəsində də distant iş modeli mərhələli şəkildə formalaşıb. COVID-19 pandemiyasından əvvəl az sayda şirkət bu iş rejimindən istifadə etsə də, hazırda əksər şirkətlər distant və ya hibrid modeli tətbiq edir. Deputatın fikrincə, bunun əsas səbəbi biznesin və dövlət qurumlarının zamanla yeni iş formasına uyğunlaşmasıdır.

Onun sözlərinə görə, Azərbaycanda da xüsusilə 2026-cı ildə distant işə üstünlük verən özəl sektor subyektlərinin sayında artım müşahidə olunur. Bununla yanaşı, dövlət qurumlarında çevik iş rejiminin sınaqdan keçirilməsinə başlanması da bu istiqamətdə yeni mərhələ hesab edilə bilər. Deputat gözləyir ki, növbəti mərhələdə bu modelin əhatə dairəsi daha da genişlənsin.

“Bu, artıq bir tələbdir. Qanunvericilikdə edilən dəyişikliklərin də məqsədi ondan ibarətdir ki, distant iş üçün hüquqi baza yaradılsın və bu ənənənin formalaşması sürətlənsin. Gözləntilərdən biri odur ki, növbəti illərdə distant iş rejimini tətbiq edən şirkətlərin sayında ciddi artım müşahidə olunacaq”, – Vüqar Bayramov bildirib.

Son xəbərlər