Mojo.az Banner
16:28 Ermənistanda seçicilərə rüşvət verən 20-dən çox şəxs saxlanıldı  |     15:28 Joze Mourinyonun "Real Madrid"ə qayıdışı təxirə salındı - SƏBƏB  |     15:00 Elza Seyidcahan oxucularını təhqir etdi  |     14:56 "Green card" qaydalarında dəyişiklik edildi  |     14:55 Uqandada Ebola virusuna yoluxanların sayı beşə çatdı  |     14:28 Sudan qanunsuz istifadəyə görə hansı hallarda cinayət işi açılır? - Sədr müavini AÇIQLADI  |     14:20 Sədr müavini Bakıdakı subasmaların səbəbini AÇIQLADI  |     14:12 Narkotik şübhəsi ilə saxlanılmışdı, konsertdə saçı yandı  |     14:05 Masazırda AĞIR QƏZA: tam əzilmiş maşından sağ çıxarıldı - VİDEO  |     13:57 Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU  |     13:50 Çində mədəndə güclü PARTLAYIŞ: 90 nəfər öldü - YENİLƏNİB  |     13:36 Bakıda 64 yaşayış yerində kanalizasiya qurulacaq, içməli suyun həcmi artırılacaq - ADSEA sədrinin müavini  |     13:30 Əksər rayonlara güclü yağış yağıb  |     13:22 Uşaqlar niyə tərəvəz yemək istəmir? - Həkimlərin İZAHI  |     13:16 Harri Kasparov beynəlxalq axtarışa verildi  |     13:09 Naxçıvanda "Hyundai" aşdı, 6 nəfər yaralandı  |     23:01 Wi-Fi problemi yaşayanlar üçün: evdə interneti gücləndirməyin yolları  |     22:56 Moskva İrəvanı hədələdi  |     22:49 Hikmət Hacıyev WUF13-ün yekunu ilə bağlı paylaşım edib  |     22:41 İstehsalat qəzaları ilə bağlı YENİ QƏRAR: Qiymətləndirmə qaydaları dəyişdi  |    
Left Banner
Right Banner

Hansı məktəblər distant təhsilə keçəcək? (Video)

14.01.2026 12:40 690
Hansı məktəblər distant təhsilə keçəcək? (Video)
Azərbaycanda növbəti tədris ilindən etibarən şagird sayı az olan məktəblərdə təhsilin keyfiyyətini artırmaq məqsədilə yeni tədris modeli tətbiq ediləcək.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu İTV-nin efirində "Sabaha saxlamayaq" verilişində çıxışı zamanı məlumat verib.

Vəfa Yaqublu bildirib ki, bəzi ucqar məktəblərdə fənn müəllimlərinin çatışmaması şagirdlərin illərlə müəyyən fənləri öyrənə bilməməsinə səbəb olur.

"Təsəvvür edin ki, bütöv bir sinif kimya fənnini öyrənə bilmir, çünki həmin məktəbdə kimya müəllimi yoxdur. Bunun əsas səbəbi şagird sayı az olan məktəblərdə dərs saatlarının azlığıdır. Müəllimlərin maaşı dərs saatı əsasında formalaşdığı üçün bu məktəblərə müəllim cəlb etmək çətinləşir. Bu mövzu uzun müddət müzakirə olunub. Texnologiyanın verdiyi imkanlar bizi belə bir qərara gətirdi ki, ilkin mərhələdə bu modeli hibrid formada tətbiq edək. Hansı fənn üzrə müəllim yoxdursa, şagirdlər rayon mərkəzində yerləşən məktəbə internetlə bağlanacaq və həmin rayonun ən yaxşı müəllimi onlara distant dərs keçəcək", - deyə o vurğulayıb.

Tətbiq ediləcək yeni sistem bir neçə mühüm mexanizmi özündə birləşdirir. Belə ki, müəyyən təhsil müəssisələrinə "mərkəz məktəb" statusu veriləcək. Bu məktəblərdə distant dərslərin yüksək səviyyədə təşkili üçün müasir texniki infrastruktur qurulacaq. Şagirdlər kompüter vasitəsilə mərkəz məktəbdə keçirilən dərslərə birbaşa qoşula biləcəklər.

Hazırda şagird sayı az olan 100-dən çox məktəbdə bu yeni tədris modelinə keçid birdəfəlik deyil, mərhələli şəkildə həyata keçiriləcək.

"Yüzdən çox məktəbdə şagird sayı azdır. Bu məktəblərdə distant təhsilə keçid mərhələli şəkildə baş tutacaq. Biz bu modeli Lənkəran-Astara regionunda yerləşən bir neçə məktəbdə sınaqdan keçirmişik. Nəticələr qənaətbəxşdir. Layihə hazırda test mərhələsindədir", - deyə agentlik rəsmisi bildirib.

Vəfa Yaqublu həmçinin ölkədə gedən köç prosesinin məktəblərə təsirinə də diqqət çəkib:

"Hazırda Qarabağa köç prosesi gedir və həmin ərazilərdəki məktəblər genişlənir. Məsələn, Xankəndidə yerləşən məktəb artıq mövcud şagird sayına görə kifayət qədər yüklənib. Digər bölgələrdə isə bəzi məktəblərin boşalması müşahidə olunur. Belə bir tendensiya formalaşır".
скачать dle 11.3
Mojo.az Banner