Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda koronavirusa görə distant iş rejimi tətbiq oluna bilər

12.03.2020 22:25 2 788
Azərbaycanda koronavirusa görə distant iş rejimi tətbiq oluna bilər
Gürcüstanın Baş Naziri Giorgi Qaxaria dövlət orqanları və özəl təşkilatlara koronavirusun yayılmasının qarşısının alınması üçün mümkün olduğu qədər uzaqdan iş şəraitinə keçməyi tövsiyə edib. O, hökumətin iclasında səsləndirdiyi fikirdə distant iş rejiminin hökumətin fəaliyyətinin effektivliyinə təsir etməməli olduğunun vacibliyini də vurğulayıb.

Azərbaycanda da koronovirusla bağlı narahatlıq davam edir. Maraqlıdır, ölkədə də önləyici tədbir kimi distant iş tətbiq oluna bilərmi? Bu üsul nə dərəcədə effektivdir?

Məsələ ilə bağlı Modern.az-a danışan Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov hazırki şəraitdə uzaqdan işi məqsədəuyğun hesab edərək bildirib ki, bunu təcrübəyə çevirmək olar:

"Elə iş yerləri var ki, orada distant iş alınmaz. Amma idarəetmə, elmi-tədqiqat işlərini (hansı ki bilavəsitə laboratoriyalarda keçirilmir) yaxud başqa işləri məsafədən etmək olar. Bir şəxs ofisdə kompüter arxsasında oturub gördüyü işi evində də görə bilirsə, bu üsul mümkündür. Bu, fövqəladə vəziyyət dövrünün ortaya çıxardığı məsələdir. Amma praktikaya da çevrilə bilər”.
S.Məmmədov bu məsələyə qanunvericilikdə də diqqət ayrılmasının vacib olduğunu vurğulayıb:

"Əslində yeni qanunvericilikdə bu nəzərə alınmalıdır. İş yeri anlayışı tədricən dəyişir. Yəni, iş yeri konkret olaraq zavod, müəssisə, idarə, ofis olmaya da bilər. Amma baxır hara, elə iş yerləri var ki, orada bilavasitə olmaq lazımdır. Yeri gəlmişkən, bizdə Gürcüstandan əvvəl SOCAR baş ofisini qismən bu cür iş rejiminə keçirib”.

Milli Məclisin deputatı, Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı ehtiyac olacağı təqdirdə distant iş rejiminə keçməkdə heç bir problemin olmadığını deyib:

"Artıq Azərbaycan Dövlət İqtisad Univerisitetində (UNEC) dərslərin distant yolla tədris olunmağı ilə bağlı qərar qəbul olunub. Hesab edirəm ki, bu gün "ASAN xidmət”, Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sistemi (SƏLİS) kimi xidmətlər varsa, Azərbaycan çoxdan elektron hökumətə keçib. Belə xidmətlər olduğu halda heç bir problem yoxdur. Nazirlər Kabineti yanında operativ qərargahın koronovirusla bağlı ölkədə hansısa təhlükə ola biləcəyi ilə bağlı qərarı olarsa, distant iş rejimi tətbiq oluna bilər. Bu qeyri-adi bir şey deyil”.

Son xəbərlər