Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi |
Mojo.az Avto
Mojo.az Avto

Səfirlikdən ABŞ-dakı kütləvi iğtişaşlarla bağlı Azərbaycan vətəndaşlarına XƏBƏRDARLIQ

03.06.2020 15:13 1 592
Səfirlikdən ABŞ-dakı kütləvi iğtişaşlarla bağlı Azərbaycan vətəndaşlarına XƏBƏRDARLIQ
Azərbaycan səfirliyi ABŞ-dakı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib.

APA-nın xəbərinə görə, Azərbaycan vətəndaşlarına ABŞ-ın bir sıra şəhərlərində davam edən hadisələrlə əlaqədar xəbərdarlıq olunub.

“ABŞ-ın bir sıra şəhərlərində davam edən hadisələrlə əlaqədar ciddi şəkildə tövsiyə edirik ki, etiraz və kütləvi iğtişaşların baş verdiyi ərazilərdə fərdi sağlamlıq və təhlükəsizliyə yaranan təhdid və riskləri nəzərə alaraq, hazırda ABŞ-da olan Azərbaycan Respublikasının vətəndaşları həmin yerlərə getməkdən çəkinsin, iğtişaşların baş verdiyi ərazilərə səfərlərin nəzərdə tutulduğu təqdirdə belə səfərlərin təxirə salınması imkanını nəzərdən keçirsin və yaşadıqları ərazilərdə müvafiq yerli hakimiyyət və hüquq-mühafizə orqanlarının təyin etdiyi qaydalara, o cümlədən, tətbiq edildiyi hallarda komendant saatına riayət etsin.

Ölkəmizin vətəndaşları ilə bağlı hər hansı bir hadisənin baş verdiyi təqdirdə Səfirliyin qaynar xəttinə məlumat verilməsi xahiş olunur. Qaynar xətt: 202 560 35 83”, - deyə qeyd olunub.

Xatırladaq ki, ABŞ-da afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində ölümünə qarşı keçirilən kütləvi etiraz aksiyalarında ən azı 11 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

Son xəbərlər