Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Vergi borclarına görə “STOP” qoyulanların sayı açıqlandı

03.06.2020 14:56 2 727
Vergi borclarına görə “STOP” qoyulanların sayı açıqlandı
2019-cu ildə 706,2 milyon manat borcu olan vergi ödəyiciləri üzrə 3656 şəxsin ölkədən getmək hüquqları müvəqqəti məhdudlaşdırılıb.

Bu barədə Hesablama Palatasının 2019-cu ilin dövlət büdcəsinin icrasına dair rəyində bildirilib.

Məhdudiyyətlərin tətbiq olunması nəticəsində ötən il ərzində həmin borclulardan 3318 şəxs üzrə 29,7 milyon manat borcun dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Əvvəlki illərdə görülən tədbirlər də nəzərə alınmaqla, 2020-ci ilin yanvarın 1-i tarixinə 1 milyard 360 milyon 800 min manat borcu olan vergi ödəyiciləri üzrə 5417 şəxsin ölkədən getmək hüquqları müvəqqəti məhdudlaşdırılıb.

Hesabat ili ərzində əsas vergi borcu 20 min manatdan yuxarı olmaqla, cinayət tərkibi yaradan 245 sayda vergi ödəyicisinin 65,7 milyon manat məbləğində borcuna görə materiallar aidiyyəti üzrə göndərilib.

Əvvəlki illərdən araşdırılan materiallar da nəzərə alınmaqla, ümumilikdə 546,3 milyon manat borcu olan 797 vergi ödəyicisinin vəzifəli şəxsləri barədə cinayət işləri açılıb.

Son xəbərlər