Siqaret və spirtli içki aludəçiləri daha diqqətli olmalıdırlar - RİSK QRUPU » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:05 Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - YENİLİK  |     12:04 Azərbaycan neftinin qiyməti 89 dollardan aşağı düşüb  |     12:02 Bakıda minik avtomobili avtobusla toqquşdu: Xəsarət alan var  |     12:00 Azərbaycanda general vəfat etdi  |     11:59 Zaqatalada pomidor turşusundan zəhərlənən qohumlardan biri xəstəxanada ölüb  |     11:58 Paytaxt sakini Ağsuda narkotiklə saxlanılıb - FOTO  |     11:56 Xaricdə olan ukraynalı kişilər barədə Kiyev daha bir qadağasını açıqladı  |     11:54 Suraxanı və Binə qəsəbəsi illər əvvəl - “Qızıl Fond”dan NADİR GÖRÜNTÜLƏR (VİDEO)  |     11:53 Cəlilabadda 30 yaşlı kişi taksi sürücüsünü bıçaqladı - TƏFƏRRÜAT  |     11:51 Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR  |     11:50 Binəqədinin keçilməz yolları - VİDEO  |     11:49 Paytaxt sakinini yük avtomobili vurub  |     11:47 Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA (VİDEO)  |     11:43 Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü  |     11:41 Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO  |     11:33 Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Qazaxıstanda görüşü baş tuta bilər  |     11:18 Ukraynada sabiq nazir həbs edilib  |     22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |    

Siqaret və spirtli içki aludəçiləri daha diqqətli olmalıdırlar - RİSK QRUPU

Siqaret və spirtli içki aludəçıləri özlərini yeni növ koronavirusa yoluxma riskinə məruz qoyurlar.

Bu barədə Moskva Dövlət Tibb Universitetinin professoru Andrey Dyomin “Parlamentskaya Gazeta”ya müsahibə verib.

Mütəxəssisin sözlərinə görə, alkoqol bədənin təhlükəli infeksiyaya qarşı mübarizəsində “ağırlaşdırıcı” rol oynayır. Alkoqolun virusdan qorunma qabiliyyəti barədə təsdiqlənmiş məlumatlar mövcud deyil. Ümumdünya Səhiyyə Təşkilatı siqaretlə bağlı eyni fikirdədir.

“Bir çox siqaret çəkənlərin immun ehtiyatları infeksiyaya yoluxmazdan əvvəl tükənmiş olur. Buna görə də, xroniki xəstələr, yaşlılarla birlikdə siqaret çəkənlər və spirtli içki içənlər də koronavirusa yoluxma baxımından risk qrupuna aid edilə bilər”, - deyə, professor qeyd edib.

Eyni zamanda, mütəxəssis pandemiyanın başlanğıcında siqaret və alkoqolu “qurtuluş və virusdan qorunma” olaraq tövsiyə edənləri kəskin şəkildə tənqid edib:

“İstənilən alkoqol qəbulu ağciyərlərə zərər verir, qaraciyərdə zəruri maddələrin sintezini pozur. Bunlar isə bədəndəki zərərli maddələri zərərsizləşdirməli olan iki “sistem”dir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            880 02.06.20 12:19