Mojo.az Banner
23:02 Bakıda qadının meyiti evinin yaxınlığında tapıldı  |     22:57 ABŞ-də güclü zəlzələ oldu  |     22:49 Fransada iki nəfərin MERS virusuna yoluxduğu aşkarlanıb  |     22:44 Yay fəsli 42 gün uzanacaq... - Amma bu, yaxşı xəbər deyil  |     22:36 Bu doğum tarixləri "qızıl illər" hesab olunur  |     22:23 Azərbaycanda iki ada yarımadaya çevrilə bilər - Video  |     22:17 Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cütləri bəlli oldu  |     22:09 2026-cı ilin əsas rəngi açıqlandı  |     22:01 İsrailin “Avroviziya 2026”-da iştirakı təsdiqləndi  |     21:53 Bu gündən dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq  |     21:47 Gəncədə 17 yaşlı oğlan bıçaqlandı  |     21:42 Bakıda yeraltı keçiddə eskalator QIRILDI: Xəsarət alanlar var  |     21:29 Pilotsuz təyyarələr Zelenskinin təyyarəsinə hücum cəhdi etdi  |     21:24 Rusiyada "SnapChat" bloklandı  |     21:14 Putin Uitkoffla keçirdiyi görüşdən danışdı  |     21:12 Bu şəxlərə 2000 manat veriləcək  |     21:07 Bakıda "Şaxta baba"lar dalaşdı - VİDEO  |     20:59 İsraildə üç qardaş eyni gündə ata oldu  |     20:53 Salyanda ağır qəza - 20-dən çox xırda buynuzlu heyvan tələf oldu  |     20:46 Özbəkistan və Azərbaycan "Üstyurd" layihəsi üzrə əməliyyat şirkəti yaradıblar  |    
Left Banner
Right Banner

AZAL: "Sərnişinlərə aviabiletin dəyərində vauçerlər və ya pul vəsaitinin qaytarılması təklif olunur"

23.05.2020 21:41 1 101
AZAL:
COVID-19 infeksiyası pandemiyasının davam etməsi, habelə "Azərbaycan Hava Yolları" və "Buta Airways" aviaşirkətlərinin uçuşlar yerinə yetirdiyi ölkələrin sərhədlərinin bağlanması ilə əlaqədar, 2020-ci ilin 15 iyun tarixinədək (15 iyun daxil olmaqla) uçuş tarixi ilə aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti uzadılıb.

Bu barədə "Azərbaycan Hava Yolları"ndan məlumat verilib.

Məlumata görə, alternativ olaraq, sərnişinlərə aviabiletin dəyərinə bərabər olan vauçerlər və ya pul vəsaitinin qaytarılması təklif olunur.

Pul vəsaitinin qaytarılması aviaşirkətin fəaliyyəti bərpa olunduqdan sonra 60 gün ərzində həyata keçiriləcək.скачать dle 11.3