Bakıda fəhlə səkkizinci mərtəbədən yıxılıb öldü » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:55 Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib  |     16:32 Miqrasiya Xidmətindən əcnəbilərə xəbərdarlıq - 31 iyula kimi vaxtınız var  |     16:32 Miqrasiya Xidmətindən əcnəbilərə xəbərdarlıq - 31 iyula kimi vaxtınız var  |     16:23 Rusiya Azərbaycana nota verib  |     16:15 Azərbaycanla Şimali Makedoniya diplomatik və xidməti pasport sahiblərini qarşılıqlı viza tələbindən azad edir  |     15:59 Hacıqabulda batan 91 yaşlı kişinin meyiti tapıldı  |     15:53 Attestasiya imtahanından keçməyən bəzi müəllimlərə ikinci şans veriləcək  |     15:48 Bakıda bu ərazi yanır  |     15:47 DİN Bakıda narkotik tranziti və onlayn dələduzluqda şübhəli bilinən Rusiya vətəndaşlarından ibarət iki dəstəni saxlayıb (FOTO)  |     15:40 Dənizdən meyiti tapılan şəxs tələbə imiş...  |     15:39 Tiktoker Roşka ev dustaqlığına buraxılmadı  |     15:35 Azərbaycanda rusdilli məktəblər BAĞLANIR?  |     15:28 Türkiyədə zəlzələ oldu  |     15:24 Karantin rejiminin müddəti uzadıldı - Bu gündən  |     15:20 Xalq artistinə ağır itki  |     15:13 Məktəbli formalarını bu gündən daha ucuz qiymətə ala bilərsiniz  |     15:08 Növbəti həftə magistraturaya ixtisas seçimi başlayır  |     15:03 Rusiyanın dörd hava limanı fəaliyyətini dayandırıb  |     14:56 Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb  |     14:50 Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq  |    

Bakıda fəhlə səkkizinci mərtəbədən yıxılıb öldü

Bakının Qaradağ rayonundakı tikinti sahəsində bədbəxt hadisə qeydə alınıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Mayın 19-da, saat 16:00 radələrində Lökbatan qəsəbəsində “Bakı Cənub Qapısı” yaşayış kompleksinin ərazisində hündürmərtəbəli binanın inşası zamanı Quba rayon sakini, 1972-ci il təvəllüdlü fəhlə Abbas Sultanov səkkizinci mərtəbədən yıxılaraq həyatını itirib.

Hazırda Rayon Prokurorluğu faktla bağlı araşdırma aparır.

Qeyd edək ki, bu, iş yerində ölümlə nəticələnən ilk hadisə deyil. Azərbaycanda tikinti sahələrində təhlükəsizlik tədbirlərinə əməl olunmaması faktları daha əvvəl də qeydə alınıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu yaxınlarda yaydığı hesabata görə, ötən il respublikada 63 nəfərin öldüyü, 239 nəfərin yaralandığı 247 istehsalat qəzası araşdırılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 157 21.05.20 18:57