Mojo.az Banner
01:01 Bakıda məşhur gecə klubunun rəhbəri və mühafizəçiləri həbs olundu  |     23:01 Naxçıvanda əhalinin sayı artıb  |     22:54 Ramazanın 24-cü gününün duası - İmsak və iftar vaxtı  |     22:44 Xruşşovun nəticəsi xarici agent elan edildi  |     22:39 Ya müharibə, ya da sülh - Paşinyan Qarabağdan danışdı  |     22:33 2020-ci ildən 72 azərbaycanlı mina hadisələrində həlak olub - XİN  |     22:27 Azərbaycanda 1287 yeni İİV xəstəsi qeydə alınıb  |     22:22 Murad Dadaşov xəstəxanaya yerləşdirildi - FOTO  |     22:16 Azərbaycanda 10 nəfər qızılcaya yoluxdu  |     22:11 Azərbaycanda 853 videomüşahidə kamerası quraşdırılıb  |     22:03 Siyəzəndə 27 yaşlı qadın faciəli şəkildə öldü  |     21:56 "Bakıda kooperativ binalarda 1000-ə qədər lift dəyişdirilməlidir" - Əli Əhmədovdan hökumətə çağırış  |     21:51 Sumqayıtda polis qayda pozan avtobus sürücülərini şöbəyə dəvət etdi - VİDEO  |     21:43 Şənbə günü hava necə olacaq?  |     21:37 Avtobus zolağında hərəkət edən “Ferrari” saxlanıldı  |     21:30 Bu ölkələr Azərbaycanda səfirlik açır  |     21:21 64 nəfər Azərbaycan vətəndaşlığına qəbul olunub  |     21:09 Yoldaşını boğaraq öldürən Ziyəddinin məhkəmə işi  |     21:04 Laçının bəzi kəndləri birləşdiriləcək  |     20:55 Azərbaycanın bu qədər xarici dövlət borcu var  |    
Left Banner
Right Banner

İsti hava koronavirusu dayandıracaqmı? - İki yeni araşdırmanın nəticələri

12.05.2020 13:01 1 746
İsti hava koronavirusu dayandıracaqmı? - İki yeni araşdırmanın nəticələri
ABŞ və Kanadada aparılan iki müxtəlif araşdırmanın nəticələrinə görə, havanın temperaturunun yüksəlməsi koronavirusun yayılmasını cilovlamayacaq.

“HaberGlobal” məlumat verir ki, ABŞ-ın MİT (Massachusetts Institute of Technology) və Kanadanın Toronto Universitetinin elmi işçiləri tərəfindən aparılan iki fərqli araşdırma isti havanın yeni növ koronavirusun yayılması və yoluxma qabiliyyətində bir dəyişiklik yaratmadığını ortaya qoyub.

Tədqiqatçılar 25 dərəcədən yuxarı havanın hərarətinin hər yarım dərəcə artımı üçün çirklənmə riskinin yalnız 1,5 faiz azaldığını açıqlayıblar.

Toronto Universitetinin tədqiqatçıları mart ayından ABŞ və Kanadada 375 600-dən çox COVID-19-a yoluxma hadisəsini araşdırıblar. Onlar temperatur, rütubət, məktəblərin bağlanması, kütləvi görüşlərin məhdudlaşdırılması və sosial məsafənin xəstəliyin yayılmasına təsirini müqayisə ediblər.

Kanada Tibb Birliyinin yayımladığı araşdırma nəicələrində havanın istiliyinin artması ilə koronavirusa yoluxma hallarının azalması arasında ciddi əlaqə tapılmayıb.

ABŞ tədqiqatçıları Kanada alimləri ilə oxşar nəticəyə gəliblər. Tədqiqatçılar dekabrdan aprelədək 3 700-dən çox yerdə virusun ötürülməsi və hava statistikası ilə bağlı məlumatları təhlil ediblər.

Tədqiqat 25 dərəcədən yuxarı hər 0,556°C artım üçün yayılmada təxminən 1,5 faiz azalma olduğunu göstərib.скачать dle 11.3
Mojo.az Banner