Mojo.az Banner
23:06 50 gündən sonra Günəş tutulması: Harada və nə vaxt izləmək olacaq?  |     23:00 "Koroğlu" yaxınlığında hərəkət istiqamətləri dəyişdirildi (VİDEO)  |     22:53 Bu gün altı mindən çox müəllim sertifikasiya imtahanı verdi  |     22:48 Salyanda yol qəzası olub, xəsarət alanlar var  |     22:41 Qurban Qurbanov DÇ-də hansı komandaya azarkeşlik edir? (VİDEO)  |     22:35 Paşinyanı dəstəkləyənlərin Rusiyaya buraxılmamasını təklif etdi (Video)  |     22:27 Kriptovalyuta bazarında kəskin eniş: "Bitcoin" yenidən çökdü  |     22:15 İmtahanda maksimum nəticə: Ölkə birincisinin adı AÇIQLANDI  |     22:08 Kartlardan VƏSAİTLƏRİN SİLİNMƏSİ ilə bağlı Mərkəzi Bankdan açıqlama  |     22:03 Quba sakinlərinin yol problemi: "Xəstə anamı 5 nəfərlə qucağımıza alıb apardıq" - Video  |     21:58 Şuşa şəhərciyində tərk edilmiş şübhəli avtomobilin sahibi müəyyən edildi  |     21:49 TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı  |     21:40 Sabah Aşura günüdür  |     21:34 Bellingem Runinin rekordunu yenilədi  |     21:29 Salyanda qanunsuz fəaliyyət göstərən quş kəsimi məntəqəsi aşkarlandı - Video  |     21:22 Ev heyvanı saxlamaq uşaqlara zərər verə bilərmi?  |     21:17 Banklardakı problemin səbəbi nədir? - "Azərikart"dan açıqlama  |     21:11 Qəsdən adam öldürməkdə şübhəli bilinən İqor Lısenkonun məhkəməsi oldu  |     21:02 Azərbaycanda vəzifəli şəxs vəfat etdi  |     20:55 Azərbaycan beynəlxalq axtarışa verilən şəxsi Qırğızıstana təhvil verib  |    
Left Banner
Right Banner

İlham Əliyev videobağlantı formatında görüş keçirdi - FOTO

27.04.2020 16:20 1 864
İlham Əliyev videobağlantı formatında görüş keçirdi - FOTO
Aprelin 27-də Litva tərəfinin təşəbbüsü ilə Litva Respublikasının Prezidenti Qitanas Nauseda ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videobağlantı formatında danışıblar.

Bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Litva Prezidenti Qitanas Nauseda Ramazan ayı münasibətilə Azərbaycan Prezidentini təbrik edib.

Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları ikitərəfli münasibətlərə toxunaraq, siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu, iqtisadi-ticarət əlaqələrinin də bu səviyyəyə qaldırılmasının önəmini qeyd ediblər və pandemiya başa çatdıqdan sonra Hökumətlərarası Komissiyanın iclasının keçirilməsinin vacibliyini bildiriblər.

Litva Prezidenti Qitanas Nauseda Şərq Tərəfdaşlığına üzv ölkələrin bu ilin iyun ayında keçirilməsi nəzərdə tutulan Zirvə toplantısına hazırlıq dövründə Şərq Tərəfdaşlığı Proqramı və ümumilikdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin vəziyyəti ilə bağlı Prezident İlham Əliyevdən fikirlərini bölüşməyi xahiş edib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Şərq Tərəfdaşlığı Proqramında iştirak etməklə bərabər, Avropa İttifaqı ilə ikitərəfli əlaqələrin inkişafına önəm verir və bu təşkilatın doqquz ölkəsi ilə strateji tərəfdaşlıq münasibətlərinə dair sənədlər imzalanıb. 2018-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat və digər sahələri əhatə edir.

Söhbət zamanı koronavirus pandemiyası ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb. Litva Prezidenti Qitanas Nauseda pandemiyaya qarşı mübarizədə Azərbaycanın əhəmiyyətli uğurlar qazandığını bildirib.

Prezident İlham Əliyev koronavirus pandemiyasının başladığı ilk günlərdən Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasda olduğunu və ölkəmizin pandemiya ilə mübarizədə beynəlxalq səyləri və əməkdaşlığı dəstəklədiyini vurğulayıb.


скачать dle 11.3
Mojo.az Banner