23:02 "Qarabağ" "Turan Tovuz"u məğlub etdi  |     22:55 Gələn il təhsilə ayrılacaq vəsait məlum oldu  |     22:49 Müharibəyə və terrorçuluğa çağırışları tədqiq olundu - MƏHKƏMƏ  |     22:43 Bu avtomobillərin taksi kimi istifadəsi mümkün olmayacaq - AYNA  |     22:38 Miqrantların olduğu qayıq qəzaya uğradı, ölənlər var  |     22:31 “Sədərək” Ticarət Mərkəzindən Ramiz Mehdiyevlə bağlı iddialara cavab  |     22:25 Aeroportdan taksi şirkətləri ilə daşınan sərnişinlərin SAYI AÇIQLANIB  |     22:16 Əhaliyə verilən istilik enerjisi sayğacla ölçüləcək  |     22:11 Alış-verişdə qərarı reklam, keyfiyyət, yoxsa qiymət formalaşdırır?  |     22:04 Dünyada ən çox gəlir gətirən makyaj məhsulları  |     21:50 Putin Macarıstana getsə, həbs olunacaq? - Açıqlama  |     21:44 Məşhur Məmmədovun "Embafinans"ı borc içində: Rəhbərinə "stop" qoyulub  |     21:36 Azərbaycanda yeni institutlar yaradıla bilər  |     21:28 Builki yay turizm mövsümü nə ilə yadda qaldı? - Turizm eksperti  |     21:23 Azərbaycana 9 ayda 267 milyon qazandıran məhsul - RƏQƏMLƏR  |     21:17 Generalın anası vəfat etdi  |     21:09 Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına “stop” qoyuldu  |     21:03 Estoniya XİN başçısının Azərbaycana səfər edəcəyi tarix məlum olub  |     20:58 DİN 9 ayda 4 tondan çox narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb  |     20:50 AQTA bal yarmarkasında yoxlama keçirib, uyğunsuzluqlar aşkarlanıb  |    

Kürün sahilində yeyib-içmək məclisi təşkil edən 19 nəfər saxlandı - FOTO/VİDEO

Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunmasına baxmayaraq, bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Zərdab rayonu Aşağı Seyidlər kəndində “Seyidlər bağı” adlanan ərazidə, Kür çayının sahilində bir qrup şəxs toplaşaraq, yeyib-içmək məclisi təşkil edib və xüsusi karantin qaydalarını kobudcasına pozublar. Daha sonra həmin şəxslər təşkil etdikləri məclisin videogörüntülərini çəkərək, sosial şəbəkələrdə paylaşıblar.


Məlumat daxil olan kimi Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin məclisdə iştirak edən və karantin qaydalarını pozan 19 nəfər saxlanılıb. Onlardan ikisi, məclisin təşkilatçıları olan rayon sakinləri Rza Alxasov və Sabiq Nəbiyev rayon məhkəməsinin qərarı ilə 10 sutka inzibati qaydada həbs edilib. Digərləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək, 100 manat miqdarında cərimə təyin olunub.










скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 035 15.04.20 16:42