23:02 "Qarabağ" "Turan Tovuz"u məğlub etdi  |     22:55 Gələn il təhsilə ayrılacaq vəsait məlum oldu  |     22:49 Müharibəyə və terrorçuluğa çağırışları tədqiq olundu - MƏHKƏMƏ  |     22:43 Bu avtomobillərin taksi kimi istifadəsi mümkün olmayacaq - AYNA  |     22:38 Miqrantların olduğu qayıq qəzaya uğradı, ölənlər var  |     22:31 “Sədərək” Ticarət Mərkəzindən Ramiz Mehdiyevlə bağlı iddialara cavab  |     22:25 Aeroportdan taksi şirkətləri ilə daşınan sərnişinlərin SAYI AÇIQLANIB  |     22:16 Əhaliyə verilən istilik enerjisi sayğacla ölçüləcək  |     22:11 Alış-verişdə qərarı reklam, keyfiyyət, yoxsa qiymət formalaşdırır?  |     22:04 Dünyada ən çox gəlir gətirən makyaj məhsulları  |     21:50 Putin Macarıstana getsə, həbs olunacaq? - Açıqlama  |     21:44 Məşhur Məmmədovun "Embafinans"ı borc içində: Rəhbərinə "stop" qoyulub  |     21:36 Azərbaycanda yeni institutlar yaradıla bilər  |     21:28 Builki yay turizm mövsümü nə ilə yadda qaldı? - Turizm eksperti  |     21:23 Azərbaycana 9 ayda 267 milyon qazandıran məhsul - RƏQƏMLƏR  |     21:17 Generalın anası vəfat etdi  |     21:09 Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına “stop” qoyuldu  |     21:03 Estoniya XİN başçısının Azərbaycana səfər edəcəyi tarix məlum olub  |     20:58 DİN 9 ayda 4 tondan çox narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb  |     20:50 AQTA bal yarmarkasında yoxlama keçirib, uyğunsuzluqlar aşkarlanıb  |    

Bakı dünyanın ən qeyri-adi memarlığa malik şəhərləri siyahısında

Rusiyanın nüfuzlu “RBK Nedvijimost” saytı dünyanın ən qeyri-adi memarlığa sahib yeddi şəhərinin siyahısını hazırlayıb.

Nəşr siyahıda yer alan şəhərləri səyahətçilər və qeyri-adi memarlıq nümunələrini sevənlər üçün əsl “maqnit” adlandırıb və növbəti səfərləri zamanı sözügedən şəhərlərə nəzər salmağı tövsiyə edib.

Nəşrin siyahısına paytaxtımızın – Bakı şəhərinin də adı daxil edilib. Bakı ilə yanaşı, Barselona, İstanbul, Roma, Şanxay, Mərrakeş və Oksford şəhərləri də dünyanın ən qeyri-adi memarlıq üslubuna sahib şəhərləri sırasında yer alıb.

Siyahıda Bakı şəhəri bu sözlərlə təsvir edilib:

“Bakı - Şərqlə Qərbin çalarlarının bir-birinə qarışdığı çoxmillətli və çoxmədəniyyətli bir şəhərdir. Təəccüblü deyil ki, burada vahid memarlıq konsepsiyası formalaşmayıb. Şəhər milli memarlıq elementləri ilə birləşdirilmiş barokko, qotika, konstruktivizm, klassik və müasir olmaqla bir çox fərqli üslubu özündə cəmləşdirib. Bələdçilər bütün turistlərə İçərişəhərin orta əsrlərə aid küçələrində gəzintiyə çıxmağı və məşhur Qız Qalasını seyr etməyi məsləhət görürlər. Bununla yanaşı, eramızdan əvvəl VII - VI əsrlərə aid bəzi tikililər burada qorunub saxlanıb. Zaha Hadidin layihəsi əsasında tikilən Heydər Əliyev adına Mərkəzə və şəhərin, demək olar ki, istənilən yerindən görünən “Alov qüllələri” ultramüasir memarlıq kompleksinə xüsusi diqqət yetirilməlidir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 267 15.04.20 15:09