Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi | 21:05 Gəncədə ər "Temu"dan tez-tez sifariş verən arvadını bıçaqladı | 21:00 Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək | 20:53 Azərbaycanda işsizlərin sayı açıqlandı | 20:48 Məhkəmə Ramiz Əzizbəylinin kürəkəni barədə qərar verdi | 20:40 Bakıda kafedə insident oldu - Saxlanılanlar var | 20:35 Eduard Məmmədov Avropa çempionu oldu - 13-cü dəfə | 20:27 Azərbaycanda "zapravka"nın fəaliyyəti dayandırıldı - VİDEO | 20:22 Qanunsuz və qeydiyyatsız kəsim yerləri risk mənbəyidir - AQTA (VİDEO) | 20:14 Azərbaycan çempionatında XIII turun proqramı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Rusiya vətəndaşlığını almağın qaydaları sadələşdirilir

07.04.2020 22:39 2 336
Rusiya vətəndaşlığını almağın qaydaları sadələşdirilir
Rusiyanın Dövlət Duması vətəndaşlıqla bağlı yeni qanun layihəsinin müzakirəsinə hazırlaşır.

“İnterfaks” xəbər verir ki, qanun layihəsi qəbul edilərsə, Rusiya vətəndaşlığı almaq istəyən əcnəbilər mövcud olan vətəndaşlıqdan imtina etməyə bilərlər.

Hazırkı qanunvericiliyə əsasən, Rusiya ərazisində vətəndaşlıq və ya müvəqqəti yaşama icazəsi üçün müraciət etdiyi gündən beş il müddətinə bu ərazidə yaşayan əcnəbilər vətəndaşlıq ala bilərlər.

Rusiya Federasiyasında daimi yaşayan və rus dilini ana dili səviyyəsində bilən xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər də Rusiya vətəndaşlığını sadələşdirilmiş formada almaq hüququna malikdirlər.

Yeni qanun layihəsinə görə, 18 yaşına çatmış və vətəndaşlığı olmayan şəxslər, SSRİ vətəndaşı olduqda, SSRİ-nin tərkibində olan dövlətlərdə yaşamış və yaşadıqları bu dövlətlərin vətəndaşlığını almamış şəxslər sadələşdirilmiş prosedurdan istifadə edə bilərlər.

Eyni zamanda, Rusiya Federasiyasının ərazisində müvəqqəti və ya daimi yaşayan şəxslər ölkə ərazisində yaşayan RF vətəndaşı ilə evlənibsə və bu evlilikdən ortaq övladları varsa, onlar da vətəndaşlıq ala bilərlər.

Bundan əlavə, qanun layihəsinə görə, Rusiyada daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ən azı üç il Rusiya Federasiyasında yaşayan bir Rusiya vətəndaşı ilə evli olduqları təqdirdə, sadələşdirilmiş prosedurdan istifadə edə bilərlər.

Qanun layihəsi Rusiyada iş müddətinin üç ildən bir ilədək azaldılmasını təklif edir, bundan sonra Rusiya Federasiyasının akkreditə olunmuş təhsil və ya elmi təşkilatlarında peşə təhsili almış şəxslər 1 iyul 2002-ci il tarixindən sonra Rusiya vətəndaşlığını almağın sadələşdirilmiş prosedurundan dəyərlənə bilərlər.

Son xəbərlər