Milli Məclis büdcəyə yenidən baxacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:27 Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər  |     17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |     13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |    

Milli Məclis büdcəyə yenidən baxacaq

Milli Məclis 2020-ci ilin dövlət büdcəsinə yenidən baxacaq.

Parlamentin yaz sessiyasında büdcəyə dəyişiklik layihəsi müzakirəyə çıxarılacaq.

Deputatlar, həmçinin, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanunlara nəzərdə tutulan dəyişiklikləri də müzakirə edəcəklər.

Qeyd edək ki, martın 31-də Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən büdcə xərclərinə baxmaq zərurətindən danışıb.

Ölkə başçısı deyib ki, bu ilin dövlət büdcəsinin icrası ilə bağlı problem olmamalıdır.

Dövlət başçısı söyləyib ki, ilk növbədə, bütün sosial öhdəliklər tam yerinə yetirilməlidir, bütün sosial infrastruktur layihələrinin icrası təmin edilməlidir.

“Təcili olmayan layihələr təxirə salına bilər. Bu layihələrin həyata keçirilməsi və yaxud təxirə salınması məsələlərinə baxdıqda, məşğulluq məsələlərinə də mütləq baxmalıyıq”, - deyə İlham Əliyev bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 434 01.04.20 13:37