İsveç səhiyyəsinə cavabdeh şəxs: “Əhalinin virusa yoluxub sağalmasına imkan verməliyik” » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:14 Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - YENİLİK  |     12:04 Azərbaycan neftinin qiyməti 89 dollardan aşağı düşüb  |     12:02 Bakıda minik avtomobili avtobusla toqquşdu: Xəsarət alan var  |     12:00 Azərbaycanda general vəfat etdi  |     11:59 Zaqatalada pomidor turşusundan zəhərlənən qohumlardan biri xəstəxanada ölüb  |     11:58 Paytaxt sakini Ağsuda narkotiklə saxlanılıb - FOTO  |     11:56 Xaricdə olan ukraynalı kişilər barədə Kiyev daha bir qadağasını açıqladı  |     11:54 Suraxanı və Binə qəsəbəsi illər əvvəl - “Qızıl Fond”dan NADİR GÖRÜNTÜLƏR (VİDEO)  |     11:53 Cəlilabadda 30 yaşlı kişi taksi sürücüsünü bıçaqladı - TƏFƏRRÜAT  |     11:51 Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR  |     11:50 Binəqədinin keçilməz yolları - VİDEO  |     11:49 Paytaxt sakinini yük avtomobili vurub  |     11:47 Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA (VİDEO)  |     11:43 Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü  |     11:41 Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO  |     11:33 Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Qazaxıstanda görüşü baş tuta bilər  |     11:18 Ukraynada sabiq nazir həbs edilib  |     22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |    

İsveç səhiyyəsinə cavabdeh şəxs: “Əhalinin virusa yoluxub sağalmasına imkan verməliyik”

İsveç COVID-19 virusu ilə mübarizədə sərt karantin tədbirlərini tətbiq etməyən yeganə Avropa İttifaqı ölkəsidir.

Ölkənin Baş naziri Stefan Lyoveni vətəndaşlara müraciətində koronavirusa yoluxanların sayının artacağına mənəvi olaraq hazır olmağa çağırıb.

“Spiegel Online” xəbər verir ki, hazırda Stokholmda kafe və restoranlar müştərilərlə dolub-daşır.

Qonaqlara isə ancaq masalar arasında məsafəni qorumaq haqqında xəbərdarlıq edilir.

Hazırda ölkə ərazisində yalnız tələbələr və yuxarı sinif şagirdləri distant təhsilə keçib. Aşağı sinifdə oxuyan məktəblilər və uşaq bağçaları fəaliyyətlərini əvvəlki qaydada davam etdirir.

Xaricdən ölkə ərazisinə daxil olanlar karantinə götürülmür. Ölkə rəhbərliyi Finlandiya və Norveçdən fərqli olaraq, dağ-xizək mərkəzlərinin fəaliyyətini dayandırmaq haqqında qərar verməyib.

İsveçin Milli Səhiyyə Agentliyinin rəhbəri Anders Teqnell isə bildirib ki, əhalinin bu virusa yoluxub sağalmasına imkan verilməlidir.

İsveçdə 3700 şəxs koronavirusa yoluxub. 110 xəstə pandemiyanın qurbanı olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            985 30.03.20 17:39