Mojo.az Banner
23:03 Əl jestləri beynin qrammatikanı necə emal etdiyinə təsir edir  |     22:58 "Renta Car"dan avtomobil icarəyə götürüb "Blue City"dən kabel oğurladılar  |     22:51 Bakıda 4 milyon manat vergi borcu olan şirkətə 16 min dollarlıq cərimə  |     22:46 Sumqayıtda azyaşlını avtobus vuraraq öldürdü  |     22:37 Narkotikə görə saxlanılan məşhurlardan xəbər var  |     22:32 Nobel mükafatının məbləği artırıldı  |     22:24 “Neftçi” 1000-ci oyununda qələbə qazandı  |     22:16 Cəlilabadda yük avtomobilinin altında qalan sürücü xilas edildi  |     22:15 Azərbaycanı təmsil edən oğlunun 16-cı olmasına Plyuşenkodan reaksiya  |     22:10 Azərbaycanın Əməkdar artisti vəfat etdi  |     22:05 Bakıda bir milyonluq evlə bağlı şok iddia: Sahibindən xəbərsiz 400 minə satılıb  |     21:57 Cəlilabadda suyun verilişi bərpa olunub  |     21:55 Leyla Əliyeva Nüsrət Kəsəmənlinin şeirini səsləndirib - Video  |     21:44 Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır  |     21:39 Modemi ayda bir dəfə söndürün - Səbəbi AÇIQLANDI  |     21:33 Nikahlar sürətlə azalır - Ailə quruculuğunda böhran var?  |     21:25 Bu rəngdə avtomobillər daha çox qəzaya düşür  |     21:20 Bu 4 bürcə ŞAD XƏBƏR - Sentyabrın ikinci yarısından...  |     21:11 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |     21:06 Ustanı müqaviləsiz işlədən "Build Master"ın direktoru cərimələndi  |    
Mojo.az Avto
Mojo.az Avto

Şad xəbər: Fransada koronavirusa qarşı dərman uğurla sınaqdan keçirildi

23.03.2020 18:17 2 850
Şad xəbər: Fransada koronavirusa qarşı dərman uğurla sınaqdan keçirildi
Fransız alimləri mövcud iki dərman preparatının - hidroksixloroxin və azitromisinin kombinasiyanın yeni tip SARS-CoV-2 koronavirusa qarşı klinik sınaqlarının uğurla nəticələndiyini açıqlayıb.

“RİA Novosti”nin məlumatına görə, bu barədə “International Journal of Antimicrobial Agents” jurnalı yazıb.

Hazırda dünyada COVID-19 koronavirusa qarşı xüsusi dərman preparatları olmadığı üçün, demək olar ki, bir çox kliniki sınaqlar mövcud preparatların virusa təsirləri üzərində aparılır.

Tədqiqat, əsasən, iki qrup preparat ətrafında aparılır: remdesivir – virusa qarşı geniş aktivliyə malik olan venadaxili dərman vasitələri və antimalyariya preparatları - xloroxin və hidroksixloroxin.

Laboratoriya şəraitində hər üç preparat SARS-CoV-2-yə qarşı aktivlik göstərib, xloroxin isə artıq Çində COVID-19-un müalicəsi zamanı tövsiyə edilən vasitələrdən birinə çevrilib.

Fransız alimləri hidroksixloroxinin ayrılıqda və azitromisin antibiotiki ilə birləşmə halında COVID-19-un müalicəsinə təsiri ilə bağlı kliniki sınaqlar keçirib.

36 xəstə üzərində aparılan tədqiqatlar sonradan altı xəstə ilə davam etdirilib. Xəstələr hidroksixloroxinin və azitromisin kombinasiyasına müsbət reaksiya verib, gündəlik olaraq onlar preparatların əks təsirlərinin olub-olmamasını yoxlamaq üçün elektrokardioqrammadan keçirilib.

Artıq tədqiqatların beşinci günündə koronavirusa yoluxmuş xəstələr üzərində aparılan testlər mənfi nəticə verməyə başlayıb. Daha doğrusu, bütün xəstələr beş gün ərzində COVID-19 koronavirusundan tamamilə müalicə edilib.

Maraqlısı budur ki, yalnız hidroksixloroxin qəbul edən xəstə sağalmayıb və yalnız müalicənin səkkizinci günündə paralel olaraq azitromisin qəbuluna başlanılıb. Müalicənin 10-cu günündə sözügedən xəstənin də testləri mənfi nəticə verib.скачать dle 11.3
Mojo.az Banner