Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:23 İctimai nəqliyyatda güzəştlər genişləndirilə bilərmi? – Deputatdan AÇIQLAMA | 13:13 Deputatların partiyalarına 6 milyon vəsait ayrılacaq | 13:12 Tibbi turizmin vəziyyəti araşdırılacaq | 13:10 Azərbaycan neftin fiskal qiymətini 20 dollar azalda bilər | 13:07 Qadınlar kişilərə pul kisəsi kimi baxmamalıdırlar – Psixoloq | 13:00 Bakıda 74 yaşlı qadının əməlləri: Torpağı qanunsuz zəbt etdi, müşahidə kamerasını sındırıb evi yardı | 12:59 Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi | 12:55 Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir | 12:54 Məşhur reper Timati Ukraynanın qara siyahısında | 12:18 Bakıda ticarət mərkəzinin qarşısında qəza: 80 yaşlı kişi öldü | 12:11 İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü | 12:11 Azərbaycan nefti ucuzlaşıb | 12:09 Astarada evdə dava: Gəlin qayınanasını döydü | 12:03 Bakıda nasosxanaya görə yol bağlanacaq - Foto | 12:00 UEFA Çempionlar Liqası: Bu gecə "Fənərbağça" və "Sabah" meydana çıxır | 11:56 Polşa prezidentinə qarşı cinayət işi başladıldı | 11:50 Ev almaq istəyənlərin nəzərinə: Bahalaşma var | 11:45 Azərbaycanda molla arvadını qətlə yetirdi: Amansızlıqla törədilən cinayətin pərdəarxası | 11:41 İşləyən analara verilən müavinət üç dəfəyə yaxın artırılır | 11:34 Bəzi şəxslərə yeni mənzillər veriləcək |
Mojo.az Avto
Mojo.az Avto

“Lukoyl”un həmsahibi neftin ucuzlaşmasını əsl fəlakət adlandırıb

19.03.2020 21:23 1 944
“Lukoyl”un həmsahibi neftin ucuzlaşmasını əsl fəlakət adlandırıb
Rusiyanın ən böyük özəl neft şirkəti sayılan "Lukoyl"un həmsahibi və vitse-prezidenti Leonid Fedun neftin bir barelinin 25 dollardan aşağı düşməsini fəlakət adlandırıb.

"Azadlıq" radiosunun Rusiya bölməsinin (Radio Svoboda) məlumatına görə, o, qiymətlərin enməsinə səbəb olaraq bu ilin mart ayının 6-da Səudiyyə Ərəbistanı və Rusiya arasında neft hasilatının həcmi barədə razılığa gəlinə bilinməməsini, səudiyyəlilərin neft bazarındakı paylarını 25% artırmasını göstərib.

"İndi də iqtisadiyyata koronavirus bəlası gəlib. Bizim hesablarımıza görə, neft sahəsinə vurulan şok sayəsində qiymət 20-25 dollar arasında dəyişəcək. Əgər tərəflər anlaşa bilsəydilər, bu gün neftin bir bareli 50 dollar civarında dəyərləndiriləcəkdi", - deyə Leonid Fedin qeyd edib.

Onun sözlərinə görə, yerli neft maqnatlarının prezident Vladimir Putinlə OPEC+ zirvəsindən bir gün öncəki görüşü zamanı qətiyyən Rusiyanın sazişdən çıxacağı müzakirə olunmayıb: "Hərçənd mən ayrı-ayrı dövlət şirkətlərinin bu məsələnin Kremldə aktiv şəkildə lobbiçiliyini apardıqlarını bilirdim. Lakin onlar da ən dəhşətli yuxularında belə, nefti 25 dollardan aşağı qiymətə sata biləcəklərini görməyiblər".

Leonid Fedun Rusiyanın Səudiyyə Ərəbistanı ilə anlaşmadan çıxması fikrinin dövlətə məxsus "Rosneft" şirkəti tərəfindən müdafiə olunduğunu bildirib. Rusiyalı milyarder rəsmi Ər-Riyadla neft bazarında aparılacaq savaşda yeganə qalibin ABŞ olacağını vurğulayıb.

"Lukoyl" ekspertlərinin hesablamalarına görə, neftin qiymətlərinin aşağı düşməsi ABŞ əhalisinin gəlirini 6% artıracaq. Rusiya isə məlum "özünəməxsus" vergi sistemindən dolayı ölkə daxilində benzinin qiymətlərini endirə bilmir.

Son xəbərlər