Avropada bütün yarışlar ləğv olunur, Belarusda isə çempionat başlayır » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:11 Ötən ay 13 nəfər dövlət sərhədini pozarkən saxlanılıb  |     13:09 Avro 2 manatı keçdi - 4 ildən sonra  |     13:08 Culfa rayonunun bir kəndində qaz kəsiləcək  |     13:08 Lionel Messi "İnter Mayami"dən ayrılmaq istəyir  |     13:07 Qəbələdə dağlıq ərazidə hündürlükdən yıxılan şəxs xilas edildi - VİDEO  |     13:06 SAXAL: "İranın ballistik raketlərinin 86 faizi ələ keçirilib"  |     13:04 Müdafiə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ - Partlayış səsləri eşidiləcək  |     12:59 Bakıda tarixi binanın dam örtüyü uçdu - VİDEO  |     12:52 Lukaşenko Belarus xalqını hökumətə dua etməyə çağırıb  |     12:46 Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını açıqlayıb  |     12:14 Yekaterinburqda saxlanılan Bakir Səfərovun məhkəmə prosesi başlayıb  |     12:06 Finaldan sonra birjada çöküş: İnvestorlar məşhur serialla bağlı şirkətləri tərk edirlər  |     11:54 "Qarabağ" "Zalsburq"la oynayacaq  |     11:46 DTX dövlətə xəyanətdə şübhəli bilinən şəxsi həbs etdi  |     11:42 OMON-çular tərəfindən Rusiyada öldürülən Səfərov qardaşları dəfn edildilər  |     11:29 İran prezidenti Xankəndiyə səfər edəcək  |     11:22 Bakıda qayınata kürəkənini lomla döydü  |     23:01 Bakıda məşhur ət bazarı bağlanır  |     22:56 Tətil sonrası işə qayıdış - Necə adaptasiya olaq?  |     22:49 ChatGPT-nin təsiri ilə təcrübəsiz işçilər üçün vakansiyalar kəskin azalıb  |    

Avropada bütün yarışlar ləğv olunur, Belarusda isə çempionat başlayır

Avropada koronavirusa görə futbol çempionatlarının təxirə salındığı bir vaxtda Belarusda qeyri-adi qərar qəbul edilib.

Belarus Futbol Federasiyaları Assosiasiyası yerli çempionatın keçiriləcəyini bildirib.

Belə ki, bu gün Belarusun 30-cu çempionatı Minskdə “Energetik-BQU” – BATE matçı ilə start götürəcək. Maraqlıdır ki, çempionat üçün yerli futbol qurumu hər hansı qadağa tətbiq etməyəcək.

Sözügedən qurumun sədri Vladimir Bazanov keçirdiyi mətbuat konfransında stadionun girişlərində hər hansı nəzarətin olmayacağını açıqlayıb.

Qeyd edək ki, Avropada hazırda davam edən yeganə çempionat Türkiyə Super Liqasıdır. Lakin orda bütün matçlar azarkeşsiz keçirilir.

Xatırladaq ki, Azərbaycan Premyer Liqası xüsusi rejimin tətbiq edildiyi aprelin 14-dək təxirə salınıb. Bu isə dörd turun planlaşdırılmış vaxtda oynanılmayacağı anlamına gəlir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 352 19.03.20 15:50