Tehran vurulmuş Ukrayna təyyarəsinin "qara qutu"larını Kiyevə verməyə razıdır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:42 Dünyanın ən zəngin şəhəri hansıdır?  |     22:32 AFFA “Kəpəz”i 8500 manat cərimələdi  |     22:24 Özünü qazi kimi təqdim edən dələduz saxlanıldı  |     22:20 Şaurma və dönərdən zəhərlənmənin əlamətləri – Nə etməli?  |     22:13 Yasamalda mənzildən meyit tapıldı  |     21:58 İsrail daha 11 fələstinlini saxladı  |     21:50 Britaniya Rusiyanın hərbi attaşesini qovur, diplomatik binalarının statusunu ləğv edir  |     21:37 Məmurun kabinetindən noutbukunu oğurlayan şəxsə hökm oxundu  |     21:29 "Bolt" Azərbaycanda bu xidməti dayandırdı (FOTO)  |     21:24 Malayziya "oranqutan diplomatiyası"na başlayır  |     21:18 Azərbaycanda bağlanan şərab zavodu açılır?  |     21:10 Azərbaycanda 40 dəvə yükü ilə qızıl basdırılan yer (VİDEO)  |     21:01 Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb  |     20:52 Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər  |     20:44 "Ordubad” qoruğunun mühafizə zonasının müəyyənləşdirilməsi istiqamətində işlər yekunlaşıb  |     20:36 Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb  |     20:29 Türkiyənin vitse-prezidenti: Azərbaycanda icra olunan layihələrə bundan sonra da dəstək verməyə hazırıq  |     20:23 Süni intellekt və yeni inkişaf meyarları  |     20:14 "Sədərək" sahibinin oğlunun evindən külli miqdarda oğurluq edənin cəzası azaldılıb  |     20:09 Əfqanıstanda hərbçilərə hücum olub, 6 nəfər ölüb, 13 nəfər yaralanıb  |    

Tehran vurulmuş Ukrayna təyyarəsinin "qara qutu"larını Kiyevə verməyə razıdır

İran hakimiyyəti yanvar ayında Tehran yaxınlığında İran ordusu tərəfindən səhvən vurulan Ukrayna təyyarəsinin “qara qutu”larını Fransa vasitəsilə Ukraynaya təhvil verməyə razıdır.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Kanadadakı səfiri, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) nümayəndəsi Andrey Şevçenko özünün “Twitter” səhifəsində məlumat verib.

“İran nümayəndəsi Fərhad Parvareş ICAO Şurasının Monrealdakı iclasında deyib ki, İran “qara qutu”ları Ukraynaya göndərməyə razıdır, bunun ardınca əlavə ekspertizanın lazım olduğu təqdirdə Fransaya təhvil verilməsini təmin edəcək”, - deyə Andrey Şevçenko yazıb.

Qeyd edək ki, İranın Mülki Aviasiya Təşkilatının hadisələrin araşdırılması şöbəsinin müdiri Həsən Rezayefar yanvarın 20-də bildirmişdi ki, ölkə uçuş qeydləri haqqında məlumatı Ukraynaya verəcək. O qeyd edib ki, “qara qutu”lar Fransa, Kanada və ABŞ-ın təcrübəsindən istifadə olunmaqla Kiyevdə oxunacaq. Ancaq yanvarın 22-də İranın “Fars” agentliyi Yol və Şəhər İnkişaf naziri Məhəmməd Eslaminin sözlərini əsas gətirərək, qutuların oxunmasının İranda keçiriləcəyini bildirmişdi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 513 11.03.20 23:21