Mojo.az Banner
15:59 İspaniya həmin sərhəd keçid məntəqəsini açdı  |     15:36 Əfv sərəncamı nə vaxt imzalana bilər? - Komissiya üzvü danışdı  |     15:26 "Arpa işi"ndə icra başçısı sakinlərə uduzdu (TƏFƏRRÜAT)  |     15:03 Elektrik cərəyanı ilə balıq ovlayan şəxs saxlanılıb  |     15:01 İşlədiyi mağazadan oğurluq edən şəxs saxlanıldı  |     14:47 İlham Əliyev Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzalayıb  |     14:44 Paytaxtın mərkəzində avtomobil qadını vurub öldürdü  |     14:43 Sabunçuda qadın qətlə yetirilib, oğlu saxlanılıb  |     14:42 Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi  |     14:41 İsmayıllıda zəncirvari AVTOQƏZA: Xəsarət alanlar var  |     14:15 Azərbaycan nefti BAHALAŞIB  |     14:07 Bölgələrə səfər edənlərə XƏBƏRDARLIQ  |     13:54 Yaponiyada yenə güclü zəlzələ oldu  |     13:49 İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkimdən XƏBƏRDARLIQ  |     13:43 Paytaxtda çoxmərtəbəli binanın altından metroya keçid inşa edilir? - Qurumdan AÇIQLAMA - VİDEO  |     13:38 Fransada DƏHŞƏT: Mənzildə beş körpə cəsədinin qalıqları tapıldı, qadın həbs edildi  |     13:30 Naxçıvanda DƏHŞƏTLİ QƏTL: Qadın öldürüldü, əri saxlanıldı  |     13:24 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür  |     13:15 Azərbaycanda zəlzələ baş verib  |     13:09 Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA  |    
Left Banner
Right Banner

Azərbaycanda benzin ucuzlaşacaq? - Tarif Şurasından CAVAB

11.03.2020 15:25 1 765
Azərbaycanda benzin ucuzlaşacaq? - Tarif Şurasından CAVAB
Hazırda dünya birjalarında neft qiymətlərində baş verən kəskin enmələr bəzi ölkələrdə benzinin qiymətinin ucuzlaşmasına səbəb olub. Deməli, ölkəmizə idxal olunan məhsulların maya və daşınma xərcləri də azalıb.

Bəs, əsas neft istehsalçısı və ixracatçısı olan Azərbaycanda bununla bağlı hansısa dəyişiklik gözlənilir?

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İctimai əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, qurumlar arasında daim məşvərət aparılır: “Amma qeyd edilən mövzu ilə bağlı hansısa məlumat yoxdur”.

Tarif Şurasının mətbuat xidmətinin rəhbəri Abbas Əliyev də öz növbəsində Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda benzinin qiymətinin aşağı salınması müzakirə mövzusu deyil:

“Neftin qiymətinin ucuzlaşması ilə bağlı benzinin qiymətinin ucuzlaşdırılması üçün SOCAR Tarif Şurasına müraciət etməyib”.

Hələ 2015-ci il hadisələrindən sonra Tarif Şurası dünya bazarlarında duruma rəğmən ölkədə benzinin ucuzlaşması üçün əsas olmadığını, Azərbaycanda istehlak edilən benzinin 95 faizindən çoxunun tam olaraq ölkə daxilində istehsal edilən Aİ-92 markalı yanacaq olmasından irəli gəldiyini açıqlamışdı.

Qeyd olunurdu ki, dünya bazarlarında neftin ucuzlaşması fonunda Azərbaycanda benzinin qiymətlərinin əvvəlki səviyyədə qalması onunla Aİ-92 markalı benzinin dəyərinin formalaşmasına təsir edən xərclərin (neftin istehsalı və emalına, vergiyə çəkilən və s.) dəyişməməsi ilə əlaqədardır:

“Bu markadan olan benzin Azərbaycanda istehsal edildiyindən, dünya bazarında baş verən proseslər onun qiymətinə təsir etmir. Buna görə də, hazırda benzinin qiymətinin dəyişdirilməsi məsələsini müzakirə etmirik. Azərbaycana idxal edilən "Premium Evro-95" markalı benzinə gəlincə, onun ümumi istehlakda payı azdır (4-5 faiz) və Tarif Şurası bu markanın qiymətini tənzimləmir”.

Qeyd edək ki, dünya birjalarında bazar ertəsindəki enişdən sonra bu gün "Brent" markalı neftin 1 barreli 38,66 dollara, WTI markalı neftin 1 barreli 35,41 dollara satılır.

Məlumat üçün bildirək ki, hazırda Honqkonqda benzinin 1 litri 2,23 dollar, Monakoda 1,96 dollar, Yunanıstanda 1,78 dollar, İtaliyada 1,73 dollar, Fransada 1,62 dollar, Almaniyada 1,54 dollar, İspaniyada 1,44 dollar, Türkiyədə 1,09 dollar, Çində 0,98 dollar, Gürcüstanda 0,90 dollar, Rusiyada 0,63 dollar, Birləşmiş Ərəb Əmirliklərində 0,56 dollar, Azərbaycanda 0,47 dollardır.скачать dle 11.3
Mojo.az Banner