Mojo.az Banner
23:01 Ermənistan AES-in istismar müddətini uzadır  |     22:53 Qurban Qurbanov xanımı və qızı ilə - Video  |     22:47 Tibb işçilərinin maaşları artırılacaq? - VACİB AÇIQLAMA  |     22:40 Ən çox şikayət edilən sığorta şirkətləri - SİYAHI  |     22:35 Azərbaycanlılar şopinq üçün ən çox hansı ölkələrə üz tutub?  |     22:26 Banklardan kənarda olan nağd pul kütləsi 18 milyard manata çatıb  |     22:21 Novxanıda sürət qatarı qarşısına çıxan piyadanı vurub öldürdü  |     22:14 Türkiyə və Yunanıstan arasında əməkdaşlığa dair 7 sənəd imzalandı  |     22:08 Mənimsəmədə ittiham olunan şirkət direktorunun cinayət işinə xitam verildi  |     22:01 "Temu" bağlamaları gömrükdə ilişib qalanlara ŞAD XƏBƏR – Çarəsi tapıldı  |     21:57 Rusiyada "WhatsApp" tamamilə bloklandı  |     21:47 Gəncədə ana 40 günlük körpəsindən imtina etdi  |     21:36 Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin nəşi 34 il sonra tapıldı  |     20:58 Duman Bakı–Şamaxı–Yevlax yolunda hərəkəti ləngidir  |     20:56 Qadını sosial şəbəkə ilə hədələyən şəxs saxlanıldı  |     20:34 Külli miqdarda mənimsəmədə ittiham olunan şirkət rəhbərinin cinayət işinə xitam verildi  |     20:02 İlhamə Elşadqızı barəsində olan hökmdən şikayət etdi  |     19:35 İsrail və ABŞ İrana təzyiqi artırır  |     19:27 Unudulan xəstəliklər geri qayıdır - Peyvəndlər azaldı, ölümcül virus ortaya çıxdı  |     19:04 Azərbaycanda yeni telekanal fəaliyyətə başlayacaq  |    
Left Banner
Right Banner

Bu məhsullar avitaminozla mübarizədə kömək edir

09.03.2020 12:21 4 327
Bu məhsullar avitaminozla mübarizədə kömək edir
Dietoloq-həkim Yelena Solomatina vitamin çatışmazlığında hansı məhsulların yararlı olduğu haqda danışıb.

“RİA Novosti” xəbər verir ki, mütəxəssis müəyyən vitaminlərin çatışmazlığının ciddi xəstəliklərə yol aça biləcəyini vurğulayıb.

“A” vitamini çatışmayanda görmə qabiliyyəti zəifləyir, koordinasiya pozulur. Bədəndə “B” qrupuna aid vitaminlər az olduqda yuxusuzluq, baş ağrıları, yaddaşın pisləşməsi müşahidə edilir. “C” vitamininin çatışmazlığı tez-tez virus xəstəliklərinə yoluxmağa zəmin yaradır”, - deyə həkim qeyd edib.

Y.Solomatina bu vitaminləri təkcə tibbi vasitələrlə yox, həmçinin adi məhsulların sayəsində əldə etməyin mümkün olduğunu bildirib.

“A” vitaminini lobya, kök, balqabaq, turp və dana ciyərindən almaq olar. “B” vitamini qozda, badamda, dəniz məhsullarında, ağartılarda, quru meyvələrdə, yumurtada boldur. “C” vitamininizin balansını bərpa etmək üçün kələm, sitrus meyvələri, itburnu və alma yeməlisiniz. “D” vitaminini isə göbələk, balıq yağı və orqanik yağlar bərpa edir”, - deyə mütəxəssis əlavə edib.скачать dle 11.3
Mojo.az Banner