Mojo.az Banner
15:01 Rusiyada təyyarə qəzası: ölənlər var  |     14:58 BDU-nun tələbəsi və qardaşı faciəli şəkildə öldü - YENİLƏNİB  |     14:52 Azərbaycana gələn özbək qadın hava limanında həbs edildi  |     14:49 Rusiyanı tərk edən Hüseyn Həsənova həbs şoku  |     14:48 Baş Prokuror Şəfahət İmranova yeni vəzifə verdi  |     13:58 Sədərəkdə iki saat qaz olmayacaq  |     13:47 Cəlilabaddakı dəhşətli qətlin təfərrüatı - Həbsdən qayıdıb, qardaşının arvadından qisas almaq istəyib  |     13:39 Anar Əzimov şöbə müdiri təyin edildi  |     13:12 Bəzi rayonlara qar yağacaq, duman olacaq  |     13:11 Səlim Müslümovun milyonluq evi də satışa çıxarıldı  |     12:51 Yaxın günlərdə bütün pensiyalar artırılacaq  |     12:47 Fevralda neçə gün evdəyik?  |     12:39 "Bir sıra dövlət qurumlarında insanlar ixtisar olunur" - Fazil Mustafa  |     12:30 Cəlilabadda baltalanaraq xəsarət alan yeniyetmənin son vəziyyəti açıqlandı  |     12:21 Qumar oyunlarını təşkil və təşviq edən 429 internet resursu bloklanıb - ETX-dən xəbərdarlıq  |     12:20 Pirəkəşkül və Ağdərədə partlayışlar olacaq  |     12:03 Naxçıvan MR Konstitusiyasına dəyişikliklər II səsvermədə qəbul edildi  |     11:52 ABŞ-yə məxsus fondun Azərbaycan üzrə məsləhətçisinin məhkəməsi başlayır  |     11:47 Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb  |     11:39 Baş nazirdən mobil telefonların gömrükdən keçirilməsi ilə bağlı yeni qərar  |    
Left Banner
Right Banner

Şəhid sərhədçimiz medalla təltif edildi

06.03.2020 14:21 3 771
Şəhid sərhədçimiz medalla təltif edildi
Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində şəhid olan sərhədçi əsgər Orxan Paşazadə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif edilib.

Report xəbər verir ki, medal Dövlət Sərhəd Xidmətinin (DSX) rəsmisi tərəfindən şəhidin bu gün keçirilən dəfn mərasimində atasına təqdim edilib.

Qeyd edək ki, martın 5-də saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub.

Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər, 1996-cı il təvəllüdlü Paşazadə Orxan Nazim oğlu yaralanıb. Əsgər dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyyə edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Şəhid Cəlilabad rayonunun Cəfərxanlı kəndində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.скачать dle 11.3