Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycana idxal edilən avtomobillərin sayı koronavirusa görə azala bilər - Ekspert

17.02.2020 22:44 1 810
Azərbaycana idxal edilən avtomobillərin sayı koronavirusa görə azala bilər - Ekspert
Dövlət Statistika Komitəsi tərəfindən 2019-cu ildə ölkəyə idxal edilən avtomobillərin sayı ilə bağlı rəsmi rəqəmlər elan edilib.

Belə ki, ötən il ərzində Azərbaycana 47 710 avtomobil idxal olunub. Bu, 2018-ci illə müqayisədə 65 faiz çoxdur. Eyni zamanda ölkəyə idxal edilən avtomobillərin 43156-sı minik avtomobilidir. Bu baxımdan minik avtomobillərinin sayında da ötən il 2018-ci illə müqayisədə artım qeydə alınıb.

Bu ilin yanvar, eləcə də fevralın geridə qalan günləri ilə bağlı hələlik rəsmi statistika elan edilməyib, lakin apardığımız monitorinqlər göstərir ki, Asiya və xüsusən də Çindən avtomobil idxalında azalma müşahidə olunacaq.

Median.Az xəbər verir ki, bu barədə Trend-ə iqtisadçı ekspert Vüqar Bayramov deyib.

"Fitch Ratings" agentliyi tərəfindən aparılan monitorinqlər nəticəsində əldə edilmiş məlumata əsasən, bütün dünya üzrə koronavirusla bağlı olaraq Çindən avtomobilin idxalının həcmində azalma müşahidə edildiyini, o cümlədən, Azərbaycanın da Çindən avtomobil idxal etdiyini nəzərə alsaq, ÇXR-dan ölkəmizə də gətirilən avtomobillərin sayında azalmanın olacağı gözlənilir", - deyə ekspert bildirib.

V. Bayramov qeyd edib ki, Çindən gətirilən avtomobillər hələlik Azərbaycana idxal edilən avtomobillərin strukturunda böyük paya malik deyil: "Azərbaycana əsasən Avropa və ya yapon avtomobillərinin idxal olunduğunu və bu maşınların Azərbaycana başlıca olaraq Gürcüstandan gətirildiyini nəzərə alsaq, güman olunur ki, avtomobillərin idxalında ciddi azalma müşahidə olunmayacaq.

Nəzərə alsaq ki, Çindən gətirilən avtomobillərin qiyməti nisbətən ucuz idi, bu da məhz həmin maşınların ölkəyə idxalının azalacağı deməkdir. Çindən idxal olunan maşınların avtomobillərin seqmentində payı çox olmadığı üçün, bu, ümumi idxalın azalmasına gətirib çıxarsa da, kəskin azalmalar müşahidə olunmayacaq. Lakin koronavirusun miqyası genişlənərsə, digər Asiya ölkələrində də bu problem yaşanarsa, bütövlükdə Azərbaycana idxal edilən avtomobillərin sayında növbəti mərhələdə hiss edilən azalmalar ola bilər".

Son xəbərlər