Mojo.az Banner
15:49 Alla Puqaçovanın keçmiş teatr layihəsi bağlandı  |     15:48 Azərbaycanda məşhur şirkətin 1,8 milyon manatlıq nizamnamə kapitalına həbs qoyuldu  |     15:34 Şəhidlər xiyabanında nalayiq hərəkət edən ərəblərin işi icraata verildi  |     15:15 Qar yağacaq, yollar buz bağlayacaq - Növbəti dörd gün üçün xəbərdarlıq  |     15:14 DSX ötən ay 6,5 milyon manatlıq qaçaqmal aşkarlayıb  |     14:59 Narkotiklərin PUA vasitəsilə Azərbaycana keçirilməsinin qarşısı alınıb  |     14:56 "Roşka"nın məhkəməsi təxirə salındı - Video  |     14:53 Sumqayıtın icra başçısı reyd zamanı məşhurlaşan məmurun vəzifəsini dəyişdirdi  |     14:52 Bakıda metro stansiyasının qarşısında qan töküldü  |     14:42 İmişlidə yanğın zamanı bir nəfər xəsarət alıb  |     13:49 Ağstafada piyadanı vuraraq hadisə yerindən qaçan şəxsə hökm oxundu  |     13:30 Ermənistanda arxiyepiskop Xaçatryanın həbs müddəti uzadıldı  |     13:14 "Kəpəz"in futbolçusu Veysəl Rzayevin bıçaqlanmasının təfərrüatı  |     13:12 Venesuela illər sonra ilk dəfə ABŞ-yə diplomatik nümayəndə göndərir  |     13:10 Ağsuda qəzada xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb  |     13:09 "Kəpəz"in bıçaqlanan futbolçusunun xəsarətləri məlum oldu  |     13:08 Azərbaycan nefti kəskin ucuzlaşdı  |     12:50 Tramp Harvard Universitetindən bir milyard dollar tələb etdi  |     12:30 Bakıda yaşayış kompleksində dava: Cəmiyyət sədri mülkiyyətçini döydü  |     12:30 Gəncədə 25 yaşlı şəxs qətlə yetirilib - Saxlanılan var  |    
Left Banner
Right Banner

Bakıda həkimə qarşı dələduzluq edildi - MƏHKƏMƏ

14.02.2020 14:57 3 169
Bakıda həkimə qarşı dələduzluq edildi - MƏHKƏMƏ
Bakıda dələduzluqda təqsirləndirilən Cahid İsayev barəsində olan hökmdən kassasiya şikayəti verib.

Ali Məhkəməyə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyir.

Şikayət hakim Hafiz Nəsibovun icraatına verilib.

Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.

İttiham aktına əsasən, C.İsayev Familə Abdullayeva ilə Mehriban Məmmədovaya qarşı dələduzluq edib. O, Bakıda həmin şəxslərə yalan vəd verərək, depolardan tibbi ləvazimatlar alıb, apteklərə satmaq yolu ilə gəlir əldə edəcəklərini bildirib. Qadınlar həmin işin görülməsi müqabilində ona ümumilikdə 95 min manat pul verəndən sonra isə C.İsayev verdiyi vədə əməl etməyək, onları aldadıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.İsayev səkkiz il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum və zərərçəkmiş apellyasiya şikayəti veriblər.

Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, C.İsayevin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, M.Məmmədova 2000-ci illərdən Uşaq Nevroloji Xəstəxanasında həkim vəzifəsində çalışır.

C.İsayev isə bir müddət əvvəl “Azərfarm” dərman şirkətində satış meneceri vəzifəsində işləyib.скачать dle 11.3